Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (5-05-2016, 20:30)
Gəncə Dövlət Universitetindən müraciət

 

Hörmətli həmkarlarım!

         Bilirsiniz ki, hamınız azərbaycanlı kimi mənə əzizsiniz. Sizin peşənizə hədsiz rəğbətim var. Ona görə də bir məsələni sizinlə dərdləşmək istərdim.

         Son günlər bəzi saytlarda “Çovdarovun GDU-kı bu adamı indi də Mədət Quliyevin adından görün nələr edir...”,  “Killer generalın Gəncədəki əsas adamı kim olub?”,  “GDU-nun prorektorunun müdhiş maxinasiyaları”, ”GDU-da Şok  karrupsiya faktları :  “ 18 mantlıq qurğunun  biri 92 manata rəsmiləşdirilib”, “GDU-nun talançı prorektoru … Fəxrəddin Həsənov kimdir?” başlıqlı yazılar dərc olunmuşdur. Hətta yazılır ki, “GDU-nun prorektoru Fəxrəddin Həsənov hazırda həbsdə olan və bir çox müdhiş cinayətlərdə ittiham olunan sabiq MTN generalı Akif Çovdarovun bir nömrəli adamı olduğu iddia olunur.”

         Bax bu olmadı. Day bu qədər də yox. Hər bir sayta məlumat daxil ola bilər. Müxtəlif xarakterli, müxtəlif  məqsədli. Jurnalistin böyüklüyü, obyektivliyi ondadır ki, faktları yoxlamamış, “belə deyillər” ifadəsi altında fikir yürütməsin, yaxud hökm verməsin. Hər bir fikrin, hökmün arxasında insan, azərbaycanlı şəxsiyyəti dayanır.

         Öz-özümə düşünürəm, bu fikir kimin ağlına gəlib? Fəxrəddin Həsənov hara, Çovdarov hara? Fəxrəddin Həsənov heç Çovdarov soyadlı adam tanıyırdımı? Heç onun üzünü birçə dəfə də olsa görmüşdümü? Qocalar demişkən, a tövbə. Görəsən, bu tip məlumatı saytlara ötürən azca da olsa xəcalət çəkirmi? Yoxsa “xəcalət” ifadəsi ona tamamilə yad əcnəbi sözüdür?

         Fəxrəddin Həsənov haqqında digər deyilənləri üzə gətirmirəm. Gəncə Dövlət Universitetinin mətbuat və ictimaiyyətlə əlaqələrin rəhbəri kimi yox, sadəcə sizin həmkarınız kimi deyirəm: Fəxrəddin Həsənov olduqca səmimi, işini bilən, gecə-gündüz nəinki Universitet, həm də şəhərimizin abadlığı üçün çalışan, heç kimin xətrinə dəyməyən,dövlət malına əl uzatmaqdan hədsiz çəkinən  bir insandır. Sözün həqiqi mənasında GDU haqda yazılanlardan ilk dəfə Fəxrəddin Həsənov haqqında deyilənlər qəlbən məni incitdi. Mənim facebook dostluğumda 40-dan çox saytın əməkdaşı və redaktoru var. Hər biri ilə də səmimi münasibətim davam edir. Ona görə də sizdən xahiş edirəm, Fəxrəddin Həsənov haqqında deyilənlərin üstündən xətt çəkin. Kim o məlumatı verirsə, səmimi bir insana, vəzifə sahibinə böhtan atır.

Hörmətlə Maqbet Əhmədov.

шаблоны для dle 11.2

Xəbər lenti
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025