Sosial / Slayd (9-04-2016, 13:29)
“Azərenerji” dövlət pulunu mənimsədi - FAKTLAR
“Azərenerji” ASC tərəfindən 2013-2014-cü illərdə əsaslı dövlət vəsaitinin qoyuluşu üçün tələb olunan büdcə vəsaitklərinin proqnozlaşdırılması zamanı bir sıra nöqsanlara yol verilib.
Mediatv.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2015-ci il üzrə hesabatında qeyd edilib. Bildirilir ki, 2013-2014-cü illərdə cəmi vəsaitin 58,6 faizi satınalma proseduru tətbiq edilmədən xərclənib.
Hesabatda bildirilir ki, ümumilikdə 2013-2014-cü illərdə podratçılar və layihə təşkilatları ilə cəmi vəsaitin 95%-i olmaqla 8 satınalma müqaviləsi bağlanıb.
Amma təhlillər göstərir ki, həmin müqavilələrin 7-si və cəmi vəsaitin 76,4 %-i birbaşa müqavilələrin bağlanması ilə icra edilib.
ASC tərəfindən Azərbaycan Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl edilməyərək sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təkliflərinin tərtib edilmədiyi aşkarlanıb.
İki obyektin layihə-smeta sənədlərinin hazırlanması xərcləri podrat müqaviləsinə daxil edilib, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üzrə artıq vəsait ödənilməsi hesabına debitor borcun formalaşmasına, bununla yanaşı üç layihə üzrə kreditor borcun yaranmasına yol verilib.
“Azərenerji” ASC tərəfindən 29,7 min manta dövlət büdcəsinə bərpa edilib, 35658,4 min məbləğində debitor borc üzrə işlər podratçı tərəfindən icra edilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024