Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (31-03-2016, 10:14)
İcra başçısı Fransaya işgüzar səfərə gedir

 

İcra başçısı Fransaya işgüzar səfərə gedir

 

Mediatv.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının tapşırığına əsasən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev aprelin 1-dən 5-dək Fransada işgüzar səfərdə olacaqdır. Səfərdə məqsəd Fransanın Altkirch şəhəri ilə Füzuli rayonunun Horadiz şəhəri arasında qardaşlaşma haqqında Protokolun imzalanmasıdır. Səfər zamanı Alı Alıyev Horadiz şəhər bələdiyyəsinin sədri ilə birlikdə Altkirch şəhərinin müvafiq dövlət qurumlarında və şəhər bələdiyyəsində bir sıra görüşlər keçirəcək,  Füzuli rayonu və Horadiz şəhəri ilə bağlı məlumat verəcək, daha sonra Horadiz və Altkirch şəhərləri arasında bir tərəfli qardaşlaşma haqqında protokol imzalayacaqlar.

Aprel ayının sonlarında isə Fransanın Altkirch şəhərinin müvafiq dövlət və bələdiyyə  orqanlarından ibarət nümayəndə heyəti Horadiz şəhərinə səfərə gələcək, növbəti protokol Horadiz şəhərində imzalanacaqdır.

 

 

Füzuli rayon İcra Hakimiyyətinin mətbuat xidməti

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
14 05 2025
14 05 2025