Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (30-03-2016, 11:29)
İcra başçısı tarixi binanı satdı - Şikayət

Ağsunun Bico kəndinin yaşadığı çətinliklərlə bağlı tez-tez KİV-lərdə məlumatlar yer alır.

Mediatv.az xəbər verir ki, kənd sakinlərinin cumhuriyyet.az-a verdiyi məlumatlara görə, kənddə sovet dönəmindən qalma, daha dəqiqi, 1948-ci ildə istifadəyə verilmiş klub – mədəniyyət evi var idi. Hansı ki, həmin klubda vaxtilə Şövkət Ələkbərova, Rəşid Behbudov, Tükəzban İsmayılova və onlarla Azərbaycanın şöhrətli musiqiçiləri konsert proqramları ilə çıxışlar ediblər.

Qara daşdan və çiy kərpicdən inşa olunmasina baxmayaraq, sözugedən klub dizayn və əzəmətinə görə, dövrünün adla deyilən mədəniyyət ocaqlarindan olub…

İki aya yaxin olar ki, kənd klubu, materiallari baxımından, bir neçə yerli iş adamının diqqətini çəkib: “İşbazlar klubun sökülməsi və materiallarının mənimsənilməsi məqsədilə Ağsu rayon icra başçısı Ənvər Seyidəliyevə muraciət ediblər. Başcı klubu satmağa razı olub, halbuki mədəniyyət evi heç bir dövlət qurumunun balansında olmamaqla, kənd camaatının əmlakıdır. İş adamlarından biri qabağa düşərək, icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Xanlar Hüseynova 1000 manat rüşvət verərək, klubun tək ona satılmasını istəsə də, daha bir neçə müştərinin kluba sahib çixmaq arzusu vəziyyəti yenidən dəyişib.

Belə olan halda, başçı bildirib ki, klub 3 müştərinin arasinda bölünərək, onlara satılsın. Lakin iş adamları ortaqlıq etmək istəmədiklərindən, iş yenə məcrasından çixib. Bu halətdə kənd icra nümayəndəsinin, kənd bələdiyyə sədrinin iştirakı ilə, kənd camaatının 30 nəfərə qədər sakini yığıncaq kecirərək, klubun hərrac yolu ilə satılmasına və əldə olunacaq vəsaitin kəndin abadlıq işlərinə sərf olunmasına qərar verib. Lakin bu dəfə də sadəlövh camaat aldadılıb.

Belə ki, hərrac zamanı həmin yerli iş adamlarından biri 1000 manat bələdiyyənin büdcəsinə ödəmək şərtilə, hərracda qalib sayılıb. Amma sonradan məlum olub ki, bələdiyyə sədrinə verildiyi söylənən 1000 manat ümumiyyətlə, ortada yoxdu. Hətta pulun ödənildiyi ilə bağlı yığıncaq iştirakçılarına qol da çəkdirilib”.

Nəticə etibarı ilə, sakinlər kənd rəhbərliyinə inanmaq istədiklərindən, pulun ödəndiyini görmədən, yığıncağın protokoluna imza atıblar. Yerli sakinlərin verdiyi bilgiyə əsasən, sonradan klub, ortada pul olmadan, kənd rəhbərliyinin nəzarəti ilə, hərracda “qalib” olan iş adamı tərəfindən sökülərək, satılıb. Guya, satışdan əldə olunacaq maliyyə vəsaiti, əvvəlcədən camaatın haqq etdiyi qərara müvafiq olaraq, kəndin abadlıq işlərinə sərf olunacaqdı. Amma iki ay keçməsinə baxmayaraq, nə puldan xəbər var, nə də kənddə hansısa bir iş görülür.

Aldadılmış kənd camaatı əmlaklarının talan olunmasından şikayətçidirlər. Camaatın tələbi budur ki, əmlakdan əldə olunan vəsait kəndin abadlıq işlərinə xərclənsin. Bu işdə də yeyinti hallarının olduğunu əsas tutan camaat, işin nəticəsiz qalacağı halında, hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini bildirirlər.

Sökülməsi üçün bir bəhanəsi də “kəndin gözəlliyinə xələl gətirir” olan tarixi tikili indi əsl xarabalığı canlandırır. Şəkillərdən də görünür ki, bu işin içərisində olanların məqsədi, əslində abadlıq işləri aparmaq olmayıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024