Sosial / Slayd (2-03-2016, 13:32)
Əsgərlər üçün ayrılmış ərzaqlar bazarda satılır -FOTO
Sərhəd Qoşunlarının hərbçiləri üçün nəzərdə tutulmuq mal əti konservlərinin Siyəzəndə satıldığına dair fotolar yayılıb
Mediatv.az: Azərbaycan Ordusuna verilən ərzaq məhsullarının daxili bazarda satılması halları uzun illər əvvəllərə təsadüf edən hadisələrdəndir. JAM.AZ xəbər verir ki, bu proses müstəqillik əldə edildikdən sonna başlasa da, 2000-ci illərin əvvəllərinə qədər davam etmişdi. Lakin rəsmi qurumların müdaxilələri, belə hallara qarşı mübarizə effektiv nəticə verməyə başladı və prosesin önü alındı.
Elə bu səbəbdəndir ki, on ildən artıqdır ki, əsgər yeməklərini bazarlarda tapmaq qeyri-mümkün idi. Niyə məhz «idi» yazırıq? Ona görə ki, bu ənənənin artıq pozulmasına dair ilk məlumat üzə çıxıb. JAM.AZ xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı yayılmış informasiyada iddia edilir ki, Sərhəd Qoşunlarının əsgərləri üçün ayrılmış mal əti konervləri Siyəzən bazarlarında açıq şəkildə satışa çıxarılıb.
Üzərində «Satış qadağandır» və «Azərbaycan Respublikası Dövlət Sərhəd Qoşunlarına məxsusdur» sözləri yazılmış konservlərin kimlər tərəfindən satışa çıxarıldığı məlum deyil. Hadisənin şahidi olan şəxs hətta həmin konserv qutularının fotolarını da yayımlayıb.
Qeyd edək ki, belə bir halın yaşanması olduqca təhlükəlidir. Çünki əsgərlərimiz üçün nəzərdə tutulmuş ərzaqların bazarda satılması yolverilməzdir. Belə bir halın qarşısı qətiyyətlə alınmalıdır ki, sabah analoji olaylar yaşanmasın. Şübhəsiz, Sərhəd Qoşunları komandanlığı bu prosesin qarşısını alaraq, bu işdə əli olanları qanuni formada cəzalandıracaq.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024