Təhsil (Dünən, 20:22)
Təhsil sahəsində çalışanların güc savaşının arxasında duran nədir?
Tehsilmedia.az saytı olaraq davamlı təhsildə baş verən problemləri dilə gətiririk. "Balıq başdan iylənər" deyimi dəfələrlə sübut olunub. Tək-tək bütün rəhbər vəzifədə çalışanları tənqid etsək də, hər birinin eyni sistemdən istifadə etdiyi göz önündədir. Bu idarəetmənin, bu siyasətin yanlış olması öz bəhrəsini verir və təhsil günü-gündən çökür.
Biz də bu Təhsil Siyasətinin altında yatan problemlərin nə ilə qaynaqlandığını müəyyənləşdirmək üçün öz sahəsində olduqca müvəfəqiyyət qazanan və savadlı Psixoloq Nizami Orucova müraciət etdik. Nizami Orucov suallarımızı cavablandıraraq bu məsələyə öz münasibətini bildirdi.
Təhsil sahəsində çalışan müdirlər- Agentliklərin rəhbərləri, Təhsil sektoru müdirləri, Regionalların müdirləri, direktorlar və s. niyə idaəretmədə maxinasiyalardan, mafiyalardan, hədə-qorxu, şantaj, şər-böhtandan istifadə edir və hər biri öz əhatəsində işini elə idarə edirlər? Özlərinə dayaq nöqtəsi yaradır, savadlı işçiləri qətiyyən istəmirlər?
- Təhsil sistemində rəhbər və idarəçi mövqelərində olan bir çox şəxs idarəetməni bilik və bacarıqla deyil, qorxu, şantaj, maxinasiya və şəxsi əlaqələrlə həyata keçirir. Bu sahədə mövcud olan “güc savaşı”nın kökündə əsasən idarəetmə mədəniyyətinin köhnə və avtoritar olması dayanır. Rəhbərlər öz mövqelərini qorumaq üçün ətraflarına yalnız özlərinə sədaqətli, itaətkar insanları toplamağa çalışır, savadlı və təşəbbüskar şəxsləri isə təhlükə kimi görüb sistemdən uzaqlaşdırırlar.
Şəffaflıq, obyektiv qiymətləndirmə və ləyaqətə əsaslanan yüksəliş demək olar ki, yoxdur. Əvəzində tanışlıq, qorxu üzərindən idarəetmə və qapalı çevrələrin maraqları ön plana çıxır. Bu cür mühitdə səs çıxaranlar “problematik” kimi damğalanır, susanlar isə yavaş-yavaş sistemə uyğunlaşdırılır. Nəticədə isə ən böyük zərəri təhsil alanlar – yəni cəmiyyətin gələcəyi görür.
Təhsildə inkişaf və dəyişiklik üçün sağlam sistem, şəffaf idarəetmə və savadlı kadrlara yer verilməlidir. Əks halda, bu güc savaşları illərlə təhsili deyil, şəxsi mövqeləri bəsləyəcək.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025