Sosial / Slayd (9-02-2016, 14:44)
Generalın xanımı Eldar Mahmudovu niyə məhkəməyə vermək istəyib?
Müdafiə nazirinin sabiq müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) keçmiş komandanı, general-leytenant Rail Rzayevin qətlə yetirilməsinin 7-ci ildönümü ərəfəsində onun qızı Rahilə Rzayeva sensasion açıqlamalar verib. O, “Yeni Müsavat”a müsahibəsində bildirib ki, atasının qətlə yetirilməsinin əsas səbəbi xalqa və ölkə başçısı Ilham Əliyevə sadiq olmasıdır: “Rail Rzayevin qətlinin əsas səbəbi prezidentimizə, xalqımıza, vətənimizə sadiq olması idi. O vaxt türklər Azərbaycana gələndə elə bilirdilər ki, hər şeyi buradakı mütəxəssislərdən yaxşı bilirlər. Amma gəlib Rail Rzayevin gördüyü işləri görəndə ağızları açıq qalmışdı.
Kobud olsa da deyəcəyəm: Rail Rzayev “şestorka”lıq edib rütbə qazananlardan olmayıb. Camaatın yanında etiketi saxlasa da, rütbədə böyük olsa da, həmin şəxsə sözünü üzünə deyərdi. O, belə adam idi. Sovet dövründə onu mərkəzi komitəyə çağırıb nüvə başlıqlı raketlərin olduğu xüsusi hərbi hissəyə komandir təyin etmək istəyirdilər. Çünki o, müsabiqədən keçən yeganə hərbçi olmuşdu. Sovetlər birliyi dağıldı, bu təyinat baş tutmadı. O qədər namizədin arasından azərbaycanlını sırf bilik və bacarığına görə seçmişdilər.
O, Rusiyadan 3 il əvvəl Hərbi Hava Qüvvələri ilə Hərbi Hava Donanmasını birləşdirib bir struktur etmişdi. Rail Rzayev Hərbi Hava Qüvvələrini və Hərbi Hava Donanmasını sıfırdan quran şəxs idi. Bu gün evimizdə sakit yatdığımıza görə mərhum prezidentimiz Heydər Əliyevə borcluyuq, ikincisi də Rail Rzayevə. Onun kabinetində olsaydız görərdiz ki, o əsgər “koyka”sında yatan general-leytenant idi. Bu gün bütün nazirlərimiz, rəhbər vəzifədəkilər Rail Rzayev kimi olsaydı… Çovdarovlar, eldar mahmudovlar olmazdı… Atam sırf əsgər idi. O, siyasətə, kiminsə işlərinə qarışmırdı. Başını aşağı salıb əsgərlik edirdi. Dəfələrlə raportla müraciət edirdi ki, səhhəti ilə əlaqədar onu tutduğu vəzifədən azad etsinlər. Amma Heydər Əliyev onu buraxmırdı. Canı xəstə idi. Hamı səhər 7-də rahat maşınlarda işə gedəndə mənim atam səhər 4-də qalxırdı. Kürdəmirdəki təlim mərkəzini yaratmaq üçün gün ərzində neçə dəfə rayona gedib qayıdırdı. Yüksək şəkəri vardı, ürəyində bir neçə dəfə cərrahiyyə əməliyyatı aparılmışdı, ayaqlarında ağrıları vardı. Bununla belə o özünün xəstəliklərini biruzə verməyi xoşlamırdı. Ön cəbhəyə də gedirdi. Oradakı hərbi hissələri şəxsən yoxlayırdı. Eldar Mahmudov vaxtı ilə Rail Rzayevin qətli ilə bağlı belə bir versiya səsləndirmişdi ki, guya anamın qohumları mülk üstündə onu qətlə yetiriblər. Bu çox gülünc versiya idi. O dövrdə anam Eldar Mahmudovu məhkəməyə vermək istəyirdi. Sonradan məsləhət görülmədi. Istintaqda o vaxt məsələ qalxmışdı ki, işdə zərərçəkən kimi mənim anamı tanısınlar. Bunun qarşısını Rüstəm Usubov aldı. Deyirdilər ki, Rail Rzayevin 2-ci həyat yoldaşı həddən artıq ağıllıdır, onu istintaqa buraxmaq olmaz”.
Rahilə Rzayeva atasının qətlində generalın sürücüsü və köməkçsinin də təqsirkar olduğunu bildirib: “Bu adamlar hər ikisi hərbçilər idi. Qətl törədilən an orada, yanında sürücüsü olub. Hadisədən sonra gedib Aydın Rəfiyevi götürüb. Aydın Rəfiyev yerin altını da, üstünü də bilən adamdır. Sürücü maşına oturur, görmür ki, maşının arxa şüşəsində deşik var? Sonradan Aydın Rəfiyev də maşına minir. Amma bunların heç biri maşının arxa şüşəsindəki deşiyi görmürlər? Ağzından qan axdığını görmürdülər? Bu uşaq nağılına oxşayır. Yalandan da deyirlər ki, elə bildik ki, ürəyi tutub. Onu vaxtında hospitala çatdırmayıblar. Ibrahim Tatlısəsin də başına atəş açdılar, amma sağ qaldı. Çünki vaxtında həkimə çatdırmışdılar. Amma bunlar nə ediblər? Qəsdən ora-bura sürüyüblər, vaxt uzadıblar”.
Generalın qızı atasının izlənilməsi barədə Nəcməddin Sadıqovun dediklərinə də münasibət bildirib: “Rail Rzayev izlənirdisə, bu barədə rəhbərliyi, xüsusi xidmət orqanlarını məlumatlandırmışdı. Niyə onlar tədbir görməyiblər, hərəkətə keçməyiblər? MTN-ə, öz nazirinə müraciət etmişdisə, bunlar hara baxırdılar?”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024