Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (24-07-2015, 21:01)
Ağzından güllə ilə vurulanlar – Azərbaycanı silkələyən qətllər – Araşdırma

O, yaşadığı evin qabağında odlu silahla qətlə yetirildi”. 


90-cı illərdən başlayaraq, Azərbaycanda baş verən sensasiyalı qətlləri araşdıranda daha çox bu xətt üzə çıxır. Öldürülənlərin böyük əksəriyyəti ya yaşadığı binanın qarşısında, ya da blokda öldürülür.


Ən çox danışılan qətlləri birləşdirən başqa cəhətlər də var. Öldürülənlər Azərbaycanda nüfuz sahibləri olub. Ən mühüm postlarda təmsil olunublar.

Məsələn, Prezident yanında Xüsusi İdarənin rəisi, parlament sədrinin müavini və deputatlar. Amma ən ümdəsi, öldürülənlər həm də hüquq-mühafizə orqanları ilə bağlı adamlardır: kriminalist Rövşən Əliyev, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Azər İsmayılov, keçmiş DİN əmkədaşı Fətulla Hüseynov…Bu üzdən həmin qətllər ictimai maraq və diqqət mərkəzində dayanıb. Bununla bağlı həmişə doğruya bənzər və ya ağlasığmaz versiyalar dolaşıb.

Son illərin ən çox danışılan qətllərini birgə xatırlayaq:

Əjdər Xanbabayev — «Azərbaycan» nəşriyyatının baş direktoru

1989-cu ildə iş otağında öldürülüb. İndiyədək qətlin motivi məlum deyil. Amma onu siyasi sifarişli qətl kimi dəyərləndirirlər. Əjdər Xanbabayevin sabiq prezident Heydər Əliyevə yaxınlığı ilə seçildiyi də deyilir. Onun məhz mərhum prezident Heydər Əliyevin gəlişinin qarşısını kəsmək üçün Polit Büro tərəfindən öldürüldüyü bildirilir.

Eldar Bağırov

Bağırov Eldar Teymur oğlu 1988-89-cu illərdə Xalq Cəbhəsinin Ağdamda özəyini yaradıb və onun sədri olub.

Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin ərzaq və silah-sursatla təmin edilməsində ciddi rolu olub.

1990-cı ildə Ağdam rayonundan Azərbaycan Ali Sovetinə deputat seçilib.

1991-ci ildə Bakıda — Ali Sovetin iclasından qayıdarkən yaşadığı evin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilib.

Qətlin istintaqı tam başa çatmayıb. Həmin vaxt qətlin törədilməsi ilə bağlı 2 versiya hallandırılırdı:

Eldarın aradan götürülməsi o vaxtkı hakimiyyətə sərfəli idi;
O, qan düşmənçiliyi nəticəsində qətlə yetirilib. Faktların heç biri rəsmən təsdiqlənmədi. Qan düşmənçiliyində və qətli törətməkdə adı hallanan adam bu ittihamları qəbul etmirdi və o, həbs edilmədi.

Eduard Hüseynov — Azərbaycanın ilk kontr-admiralı, Bakı Dənizçilik Məktəbinin rəhbəri

1938-ci ildə anadan olub. 1993-cü ilin aprelində yaşadığı binanın girişində qətlə yetirilib. O, ölümündən bir qədər əvvəl yaxınlarına hədə dolu telefon zəngləri aldığını deyirmiş. Qətllə bağlı məhkəmə hökmü var, bir neçə nəfər həbs edilib.

Afiyəddin Cəlilov – parlament sədrinin müavini

1946-cı ildə doğulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, 1990-cı ildənsə Azərbaycan parlamentinin sədr müavini olub. 1994-cü il sentyabrın 29-da yaşadığı binanın blokunda qətlə yetirilib. Onun 1994-cü il oktyabrın 4-də dövlət çevrilişinə cəhd göstərən XTPD-çilər tərəfindən qətlə yetirildiyi bildirilir. Bu işdə ittiham olunaraq azadlıqdan məhrum edilmiş Dəyanət Kərimovsa günahsız olduğunu bildirir.

Şəmsi Rəhimov — Prezident Yanında Xüsusi İdarənin rəisi

Elə Şəmsi Rəhimov da Afiyyədin Cəlilovla eyni gündə, yaşadığı binaya girərkən öldürülüb. Onun da dövlət çevrilişinə cəhd göstərən XTPD-çilər tərəfindən qətlə yetirildiyi bildirilir. Ölkə xaricində olan, BMT-nin sessiyasında iştirak edən o vaxtkı prezident Heydər Əliyev bu qətllərin Azərbaycanın müstəqilliyi əleyhinə yönəldiyini bəyan etmişdi. Hər iki şəxs Heydər Əliyevin ən yaxın silahdaşları idi.

Ziya Bünyadov — akademik, deputat

1923-cü ildə Astarada doğulub. Sovet İttifaqı Qəhramanı, Elmlər Akademiyasının vitse-prezidenti olub. Eyni zamanda, deputat idi. 1997-ci ilin fevralında yaşadığı binanın qarşısında öldürülüb. Akademikin terror təşkilatı kimi tanınan «Hizbullah» üzvləri tərəfindən öldürüldüyü və bununla bağlı bir neçə nəfərin azadlıqdan məhrum edildiyi deyilir.

Əli Ansuxski — deputat

1948-ci ildə Balakəndə doğulub. İş adamı və doğulduğu rayonda böyük nüfuz sahibi olub. Onun separatçı qurumlarla işbirliyində olması haqda fikirlər dolaşıb.

1996-cı ildə paytaxtın 28 May küçəsində yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib. Güllə ağzına vurulub. Deputatın qatili olduğu deyilən şəxs həbsdədir.

Etibar Elkin — ekstrasens

1948-ci ildə Qazax rayonunda doğulub. Uzun illər Azərbaycan televiziyasında çalışıb. SSRİ Jurnalistlər Birliyinin üzvü olub. Jurnalistdən daha çox ekstrasens kimi tanınıb. Bakı Parapsixologiya və Teologiya İnstitutunun rektoru olub.

1999-cu ilin yanvarında gecəyarısı Bayıldakı evində iki oğlu — Əfrasiyab və Elşadla birgə qətlə yetirilib. Qətli «Ceyşullah» adlı təşkilatın üzvlərinin törətməsi haqda məhkəmə hökmü olsa da, tərəfdarları buna inanmırlar.

Rövşən Əliyev — Respublika Prokurorluğunun İstintaq İdarəsinin rəisi, kriminalist

1958-ci ildə anadan olub.

2002-ci il martın 12-də axşam saatlarında Bakı şəhəri, Nizami küçəsində bina girişində odlu silahla qətlə yetirilib. Bu qətli adam oğurluğu və qətllərlə məşğul olan DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun başçılıq etdiyi banda tərəfindən törədildiyi deyilir.

Azər İsmayılov — DİN-in Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi

2000-ci il iyunun 21-də gündüz şəxsi avtomobili ilə «Ramstor» ticarət mərkəzinə gedərkən yoxa çıxıb. Yalnız bir neçə il sonra ifşa olunan Hacı Məmmədov bu qətli də özünün törətdiyini və bundan peşman olmadığını etiraf edib.

Fətulla Hüseynov («Qara polkovnik» ləqəbiylə tanınır)

1937-ci ildə Tovuzda doğulub. İxtisasca hüquqşünasdır. Respublika Yol Polisinin rəis müavini, DİN-in polis polkunun komandiri işləyib. Qarabağ döyüşlərində iştirak edib. Orden və medallarla təltif olunub. 1995-ci ildə Rövşən Cavadovun başçılıq etdiyi XTPD qiyamının silahla yatırılmasına etiraz olaraq DİN-dən istefa verdiyini bildirib. Fətulla Hüseynov həmçinin AFFA-nın vitse-prezidenti olub.

2004-cü ilin iyununda səhər saatlarında yaşadığı binanın qarşısında öldürülüb. Onu Hacı Məmmədovun dəstə üzvlərinin qətlə yetirdiyi deyilir.

Elmar Hüseynov — jurnalist

1967-ci ildə Bakıda doğulub. İnşaat Mühəndisləri İnstitutunun məzunudur. «Bakı bulvarı» qəzeti və «Monitor» jurnalının baş redaktorudur. 2005-ci ilin martında yaşadığı binanın blokunda qətlə yetirilib. İstintaqı aparan MTN qatillərin Teymuraz Əliyev və Tahir Xubanov olduğunu, qətldən az sonra onların ölkəni tərk etdiklərini, müttəhimlərin axtarışlarının davam etdirildiyini deyir. Amma bu versiyadan sonra Hacı Məmmədov məhkəmədə deyib ki, redaktoru sabiq nazir Fərhad Əliyevin sifarişiylə onun dəstə üzvləri öldürüb. MTN bu versiyanı araşdırsa da, hələlik rəsmi açıqlama yoxdur.

Rail Rzayev — Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant

1945-ci il martın 10-da Bakıda anadan olub. Rusiyada marşal Jukov adına Hava Hücumundan Müdafiə Akademiyasını bitirib. 1993-cü ildən Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanı postunda çalışıb. Onun qətliylə bağlı hələlik rəsmi versiya və həbs olunan yoxdur. (yeniçağ)

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024