Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (16-12-2015, 14:13)
Bakının mərkəzində daha 1000 ev və obyekt söküləcək

Bakının yol-nəqliyyat infrastrukturunun yenilənməsi, nəqliyyat vasitələrinin azad və maneəsiz hərəkətini təmin etmək üçün "Azəryolservis" bir sıra layihələri həyata keçirir.

Mediatv.az bildirir ki, belə layihələrdən biri də Bakının Yasamal rayonundakı Balababa Məcidov və Abdulla Şaiq küçələrinin rekonstruksiyasıdır. Layihə çərçivəsində küçələrin asfalt örtüyünün yenilənməsi ilə yanaşı, yüzlərlə obyekt və tikili söküləcək.

Hazırda enləri 8-9 metr olan küçələrin eni rekonstruksiyadan sonra 15 metrə bərabər olacaq. İnşaat zonasına düşən bütün yaşayış binaları və qeyri-yaşayış tikililərinin sökülməsi nəzərdə tutulub.

Proses artıq başlanıb. İşlərin nə zaman başa çatacağı bəlli deyil.

Yasamal Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, söküntü işlərinin başlayacağı barədə sakinlərə aylar əvvəl yazılı xəbərdarlıq göndərilib. Sökülən evlərin sakinlərinə hər kvadratmetr üçün 1500 manat kompensasiya veriləcək.

Kompensasiya evin və ya obyektin sənədlərinin olub-olmamasına rəğmən ödənir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025