Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (15-10-2015, 14:48)
Deputatlığa namizəd sayt rəhbərini hədələdi

Deputatlığa namizəd sayt rəhbərini hədələdi

Sadiq oxucularımız xatırlayarlar, bir neçə gün əvvəl “Nyus.az” xəbər portalında “Azərsutukinti” ASC-nin rəhbəri Mirzəcan Xəlilovun rəvac verdiyi haqsızlıq barədə tənqidi məqalə dərc olunmuşdu. Məqalədə söhbət M.Xəlilovun Novxanıdakı villasında işlətdiyi usta-dizaynerin zəhmət haqqını kəsməsindən gedirdi. Şikayət ərizəsi əsasında hazırlanmış həmin məqalə işıq üzü görəndən sonra qarşı tərəfin reaksiyası özünü çox gözlətmədi.

Özünü “Xəlilovun adamı” kimi təqdim edən şəxs gizli nömrəli telefonla zəng edərək, saytın rəhbərini hədələmiş, həmin yazının internet resurslarından tezliklə qaldırılmayacağı təqdirdə onu və bütün redaksiya üzvlərini “məhv etdirəcəklərini” bldirmişdir.

Xatırladaq ki, M. Xəlilov hazırda 41 saylı Sumqayıt    birinci Seçki Dairəsindən parlament üzvlüyünə namizəddir. Bu nöqteyi - nəzərdən, onun narahatlığını başa düşmək olar. İş adamı əlinin üstündə “xeyir iş” varkən, nüfuzuna xələl gətirə biləcək məlumatların informasiya məkanında dolaşmasından məmnun deyil. Ancaq bunun qarşısını hədə-qorxu gəlmək, “asaram-kəsərəm” deməklə almaq mümkün deyil, zəhmətkeşin ödəməklə mümkündür. M. Xəlilov əgər doğrudan da tərcümeyi-halından göründüyü kimi fəhləçilikdən rəhbər vəzifəyədək zəhmət yolu keçibsə, bilməlidir ki, fəhlənin əmək haqqını “alnının təri qurumamış” vermək lazımdır.

Hədə-qorxu məsələsinin Xəlilovun özünün sifarişi ilə, yaxud əlaltılarının özlərinin təşəbbüsü ilə ortaya çıxması məsələsi yəqin ki tezliklə aydınlaşacaq. Amma bütün hallarda narhatçılıq doğuran bu təhdid barədə təhlükəsizlik orqanlarına məlumat verəcəyik.  

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024