Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (3-10-2015, 21:12)
Deputat öz istəyilə geri çəkilməyib – YAP-ın namizədini əvəzləyəcək şəxs məlum oldu

41 saylı Sumqayıt birinci seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının (YAP) vahid namizədi, hazıki deputat Leyla Abdullayevanın seçkilərdən qəfil geri çəkilməsi müəyyən suallar doğurub.L.Abdullayevanın bu dairədən namizədliyi irəli sürüləndə çoxları onun yenidən deputat mandatına sahiblənəcəyini istisna etmirdi. Artıq vəziyyət dəyişib. Bəs indi 41 saylı dairədən deputatlığa əsas iddialı kim sayılır?

Modern.az saytına məlum olub ki, bu dairədən deputatlığa namizədlər arasında ən şanslı fiqur “Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilov hesab edilir. Doğrudur, M.Xəlilov YAP-ın üzvü olsa da, seçkilərə öz təşəbbüsü ilə qoşulub. Amma hakim partiyadan alıdığımız məlumata görə, bu, M.Xəlilovun deputat seçilməsinə mane olmayacaq. Baxmayaraq ki, partiya funksioneri Siyavuş Novruzov mətbuata açıqlamasında YAP-ın icazəsi olmadan namizədliyini irəli sürən şəxslərin dəstəklənməyəcəyini bildirib.
Qeyd edək ki, oxşar hadisə bundan əvvəl bir dəfə baş verib. 2010-cu ildə hazırki deputat, Bakı Dövlət Universitetinin müəllimi Kamilə Əliyeva YAP-ın üzvü olsa da, hakim partiyanın siyahısı ilə deyil, öz təşəbbüsü ilə 111 saylı Zaqatala-Balakən seçki dairəsindən namizədliyini irəli sürmüş və mandat qazanmışdı. Elə o zaman da Siyavuş Novruzov YAP-ın icazəsi olmadan namizədliyini irəli sürən YAP-çıların cəzalandırılacağını demişdi. Onda çoxları K.Əliyevanın deputat seçiləcəyinə şübhə edirdi. Amma bu, baş verdi.
Qeyd edtdiyimiz kimi, 41 saylı Sumqayıt birinci seçki dairəsinin əsas namizədi Mirzəcan Xəlilov sıradan biri deyil və əldə etdiymiz məlumata görə, o, “Azərsutəchizattikinti” ASC-nin sədri kimi ölkə rəhbərliyi yanında yüksək etimad sahibidir.
Saytımıza verilən məlumatlarda bildirilir ki, YAP-ın siyahısı ilə 41 saylı dairədən namizəd irəli sürülmüş Leyla Abdullayevanın geri çəkilməsi öz istəyi baş verməyib və əslində bununla seçkilərdə Mirzəcan Xəlilova “yaşıl işıq” yandırılıb.

Bəs M.Xəlilov kimdir?

YAP-ın seçki siyahısında yer almayan deputatlığa namizəd YAP-çı Mirzəcan Xəlilov 1954-cü ildə Sabirabad rayonunda anadan olub. Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) inşaat fakültəsinə daxil olub, 1974-1976-cı illərdə isə ordu sıralarında xidmət keçib.
Daha sonra ali təhsilini qiyabi olaraq Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda davam etdirib.
Əmək fəaliyyətinə inşaatçı kimi 1977-ci ildə doğma Sabirabad rayonunda “Muğanmeliosutukinti” Trestinin 10 saylı səyyar mexanikləşdirmə dəstəsində başlayıb. Əvvəlcə fəhlə, sonra isə briqadir işləyib.
1979-cu ildə ali təhsilini çay qurğularının və su elektrik stansiyalarının hidrotexniki tikintisi ixtisası üzrə başa vuran M. Xəlilov “Azərkəndsutəchizattikinti” İstehsalat Birliyinin 20 saylı səyyar mexanikləşdirmə dəstəsində hidrotexnik-mühəndis kimi əmək fəaliyyətinə davam edib.
Daha sonralara vəzifə pillələrində irəliləyən M.Xəlilov 2003-cü ildə mülkiyyət formasını dəyişərək “Azərsutəchizattikinti” ASC kimi fəaliyyətini davam etdirən bu quruma sədr təyin olunub.
M.Xəlilov 1997-ci ildə Füzuli rayonunun işğaldan azad edilmiş 22 yaşayış məntəqəsinin içməli su ilə təchizatına rəhbərlik edib. M.Xəlilovun rəhbərlik etdiyi təşkilat ölkə rəhbərliyinin tapşırığı ilə sonralar Biləsuvar və Füzuli rayonlarının ərazilərində köçkün qəsəbələrin salınmasında da fəal iştirak edib.
Hazırda ölkə rəhbərliyinin tapşırığı ilə Azərbaycanın 52 şəhər və rayonunda su təchizatı və kanalizasiya sistemlərinin yaradılması layihələri həyata keçirilir. “Azərsutəchizatikinti” ASC də podratçı təşkilat olaraq bu işlərin önündə gedir.
Mirzəcan Xəlilov həm də YAP Sabirabad rayon təşkilatı idarə heyətinin üzvü, mərhum prezident Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarından bəhs edən “Xalqa bağışlanan ömür” kitabının tərtibçisidir.
2014-cü ilin aprelində Prezident İlham Əliyevin imzalıdığı sərəncamla “Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilov “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.
Sadalananlar 41 saylı Sumqayıt birinci seçki dairəsində Mirzəcan Xəlilovun deputatlığa sıradan bir namizəd olmadığını deməyə əsas verir. Modern.az-a daxil olan məlumatda vurğulanır ki, onun öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürməsi təsadüfi və özfəaliyyət sayılmamalıdır.
Hazırda bu seçki dairəsində Ümid Partiyasından Həcər Abbaslı, bitərəf Etibar Məmmədov, ASDP-dən İslam Yusifzadənin də namizədliyi qeydə alınıb. Amma onlar YAP-çı namizədlə mübarizədə uduzmayacaqlar ki?… 1 noyabrı gözləyək…

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024