Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (6-10-2015, 12:13)
Mirzəcan Xəlilov bu dəfə seçkiyə “VA BANK” gedir

 

Allahın rəhmətini qazanmaqdansa, parlamentin mandatını əldə etmək onunçün daha önəmlidir

Mediatv.az “Xeberinfo.com”a istinadən xəbər verir ki,  41 saylı Sumqayıt birinci seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının (YAP) vahid namizədi, hazıki deputat Leyla Abdullayevanın seçkilərdən qəfil geri çəkilməsi bu dairədən deputatlığa namizədlər arasında seçkilərə öz təşəbbüsü ilə qoşulan “Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilova yol açıb. Xatırladaq ki, əməkdar mühəndis M. Xəlilov daha əvvəl iki dəfə mandat qazanmağa cəhd edibsə də, hər dəfə məğlub olub. Özü də rüsvaycasına. Doğma yurdu Sabirabadda onu dəstəkləyən az olub. Həm də müxalifətçiyə uduzub. 2005-ci il seçkilərində söz yayıldı ki, sabirabadlılar Pənah Hüseynə rəğbət bəslədiklərinə görə yox, məhz Mirzəcan Xəlilovu sevmədiklərinə görə səslərini kütləvi surətdə birinciyə bağışlayıblıar.

Amma bu dəfə M. Xəlilov xeyli şanslı görünür. Çünki olan – qalan nəyi var “kona” qoyub, bütün kapitalını səfərbər edib. “Qazanın dibi o qədər süpürülüb” ki, hətta deyilənə görə deputatlığa namizəd öz villasında işlətdiyi fəhlənin də pulunu vermir. Görünür, hacı Mirzəcan artıq qətiləşdirib ki, Allahın rəhmətini qazanmaqdansa, parlamentin mandatını əldə etmək onunçün daha önəmlidir. Elə bu dəyərlərdən imtina etdiyi üçün də doğma eli-obası Sabirabadın namizədi olmamağa qərar verib.

Hərçənd, sumqayıtlılar heç də siyasi aktivlik sarıdan sabirabadlılardan geridə deyillər. Şəhərlilər kimin kim olduğunu yaxşı bilirlər. Onu da bilirlər ki, bacarıqlı mühəndis, gözəl təşkilatçı kimi təqdim olunan M. Xəlilovun “xeyirxahlığı”, “səxavəti”, “comərdliyi” qazandığı çirkli pullar hesabınadır. Onun rəhbərlik etdiyi müəssisənin “Azərsu” ASC-nin tenderlərindən həmişə qalib çıxması da korrupsiya ilə monopoliyanın “izdivacından” doğub. Bu istiqamətdə “xeberinfo.com”a maraqlı məlumatlar daxil olub. Onu da qeyd edək ki, Xəlilovun reytinqinin artmasının daha bir səbəbi də həmişə Heydər Əliyev Fondunun kölgəsinə sığınmasıdı. Qarşıdakı günlərdə bu və digər məlumatlara aydınlıq gətirməklə mövzunu davam etdirəcəyik.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024