Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (4-09-2015, 14:48)
“Azərkontrakt”da torpaq əməliyyatı - Miri Qəmbərov və köməkçisinin talançılığı...

"Azərkonrakt” Səhmdar Cəmiyyətinin "Azərmetal” Topdansatiş Ticarət Birliyinin baş mutəxəssisi, Birliyin həmkarlar təşkilatının sədri İbrahimova Tamara Abdulla qızı Baş Prokuror Zakir Qaralova şikayət məktubu  göndərib:

 
Çox hörmətli cənab Baş Prokuror!
 
Mən, İbrahimova Tamara Abdulla qızı, 1978-ci ildən əvvəllər Azərbaycan Respublikası Dövlət Təchizat Komitəsində, sonralar Material Ehtiyatları Nazirliyi, hal-hazırda isə DKK "Azərkonrakt” Səhmdar Cəmiyyətinin "Azərmetal” Topdansatış Ticarət Birliyinin baş mutəxəssisi kimi, Sizə muraciət etməkdə məqsədim ondan ibarətdir ki, uzun müddət işlədiyim bu qurumda mənim hüquqlarım kobudcasına pozulmuşdur. Dəfələrlə rəhbərliyə ("Azərkontrakt” SC-nin sədrinə) telefonla və üzbəüz müraciət etməyimə baxmayaraq, onlar tərəfindən heç bir tədbir görülməyib. Şəxsən özunu muavin kimi qələmə verən Güləddin Dadaşov mənə kobudcasına "Get kimə istəyirsən şikayət et!” cavabını vermişdir.
 
Cənab Baş Prokuror, mən bir Azərbaycan vətəndaşı kimi Sizə müraciət edərək bildirmək istəyirəm ki, bizim birliyə rəhbərlik edən "Azərkontrakt” SC-nin çox zəif və vecsiz rəhbərliyi üzündən birliyimizdə uzun illər idi ki, əmək haqqı alınmırdı. Belə çıxırdı ki, belə vəziyyət rəhbərliyi qane edir. Ona gorə ki, 1997-ci ildən adı "Azkontrakt” olan, lakin bu günə kimi heç bir dövlət və ya təşkilatlarla bircə müqavilə (kontrakt) bağlamayan, lakin uzun müddətdir, ancaq bütün dövlət qanunlarını pozmaqla məşğul olan, yəni təkcə bizim birliyimizin 12.75 hektar sahəsini satmaqla məşğul olan çox hörmətli sədrimizin müavini Güləddin Dadaşov elə bil böyük bir işçi kollektivinin qəsdinə durmuşlar. Respublika Prezidentinin 1997-ci il tarixli, 519 saylı fərmanının 2-ci bəndi tamamilə yerinə yetirilməmişdir. Həmin 2-ci bənddə deyilir:
 
"2. "Azərkontrakt” SC-nə Azərbaycan Respublikasının dövlət ehtiyaclarının və strateji əhəmiyyətli istehsal və tikinti proqramlarının maddi-texniki təminatı, bu sahədə dövlətlərarası təsərrüfat əlaqələrinin təşkili, birbaşa münasibətlərin inkişafında mülkiyyət formasından asılı olmayaraq respublikanın müəssisə və təşkilatlarına köməklik edilməsi tövsiyyə edilsin”.
 
Rəhbərliyi 20 ildir çiyninə götürmüş Güləddin Dadaşovun zəif və vecsiz münasibəti nəticəsində bu müddəaların heç biri yerinə yetirilməmişdir. 
 
Çox hörmətli Zakir müəllim!
 
 
Birliyimizin 12.75 hektar torpaq sahəsi kollektivin butun etirazlarına baxmayaraq, ayrı -ayrı şəxs və təşkilatlara satılıb. Məsələn, Sumqayıt bazası - 6.1 ha; Sabunçu sexi-0.7 ha; Nizami TSTB- 2.0 ha; Abşeron TSTM -1.14 ha və cəmi = 11.41 ha! Bununla da birlik işçilərinin qanunla qorunan maraqlarına böyük miqdarda ziyan vurmuşlar və nəticədə işçilər işsiz qalaqar işdən ayrılmalı olmuşlar. Bu günə kimi uzun muddət işlədikləri birlikdən nə maaş, nə də özəl pay almamışlar. Belə ki, yerdə qalan 1.34 ha ərazi - anbar və təsərrüfatları ilə birlikdə artiq "Özəlləşdirmə haqqında” Qanuna görə işçi kollektivinin payına düşdüyü halda, yenidən Dövlət qanunlarına zidd olaraq hansısa yollarla 0.5 ha sahə anbar və tikililərlə birlikdə Dövlət Miqrasiya Xidmətinə verilmişdir (heç bir təhvil-təslim aktı olmadan). Hal-hazırda işçi kollektivi (uzun illər əmək stajı olan) hələ də özəl payını gözləməkdədir. Və bu barədə baş direktorumuz Şahin Abbasova etibarnamələrimizi də vermişik və nəticə gözləyirik. Bəs bu nə vaxt 
həll olunacaq? Bu gözləmələr ömürlükmü olmalıdir? Artiq bəzi işçilər işsizlikdən xəstə duşub, bəziləri dunyasini dəyişib -imkanımız olmayıb onlara baş çəkək, ölüsünü yerdən götürək. Belə insafsızlıq olarmı? Bu özbaşınalığa nə vaxt son qoyulacaq? Nə vaxta kimi Güləddin Dadaşov kimi saxta müavinin qanuni vəzifələrini yetirməməyi bir yana, bizim başımıza oyunlar açacaq, torpaq satmaqla məşğul olacaq?
 
Hörmətli Zakir müəllim, bütün bunların nəticəsi olaraq Birliyimiz artıq çoxdandır heç bir alqı-satqı ilə məşğul ola bilməmiş, idarəmiz bərbad hala düşmüşdür. Bütün bunlarla yanaşı, uzun illər bizə debitor borcu olan Magistral Neft Kəmərləri İdarəsi, nəhayət, uzun illərdən sonra 587.0 min manatı bizə qaytardı. Lakin yenə də Güləddin Dadşov rəhbərliyi aldadaraq hansısa yollarla həmin məbləği öz hesabına keçirmiş, ondan bizə yalnız az bir hissəsini vermişdir. Yəni, 10 illərlə maaş gözlədiyimiz halda, yalniz cüzi faizə sahib çıxa bilmişik. Hal-hazırda idarəmizin 393.720 min manat pulu "Azərkontrakt” SC rəhbərinin saxta müavini tərəfindən qeyri-qanuni mənimsənilib. 
Bütün korrupsiya əməllərini ifadə edən sənədi təqdim etməyə hazıram. Məgər xalqa məxsus olan, Ulu öndərimiz Heydər Əliyev tərəfindən qurulub xalqa əmanət verilən hər bir obyekt və təsərrüfatlarımızı bu günə salan, millət və xalqı acınacaqlı vəziyyətə salan bu adamlar haqqında ölçü götürmək çətindirmi? Biz indi nə edək?
 
Dəfələrlə Nazirlər Kabinetinə və Əmlak Komitəsinə özəlləşdirməyə dair sənədlər təqdim etmişik, heç bir xeyri yoxdur, Güləddin Dadaşov imkan vermir. Kənardan gələnlər isə bizim sahələri özəlləşdirir, bizı yaxına qoymurlar. Səbəbini onda görürük ki, rəhbərliyi ələ keçirmək istəyən, bunun üçün hörmətli sədrimiz Miri Qəmbərovu aldadan Güləddin Dadaşov bizə düşən qanuni paya göz dikib, ələ keçirmək istəyir.
 
Cənab Baş Prokuror!
Sonda, idarənin həmkarlar təşkilatının sədri kimi Sizdən xahiş edirəm: bu qanunsuzluqlara son qoyulsun, kollektivin qanunla qorunan hüquq və mənafelərinə qarşı zidd addımlar atanlar cəzalandırılsın, onlara qarşı cinayət işi qaldırılsın.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024