Sosial (22-09-2014, 18:36)
Ağstafa RİH vətəndaşın torpaq pulunu vermir
AKKORD pulları ödəyib
1997-ci ildə torpaqlar vətəndaşlara paylananda Ağstafa sakinləri də seviniblər ki, öz torpaqları olacaq, əkib-becərəcəklər.
Həqiqətən də az vaxtda vətəndaşlara onlara məxsus torpaq sahəsi ilə bağlı dövlət aktı verilib. Ancaq 1960-cı ildə inşa olunan Ağstafa su anbarında su çatışmazlığı səbəbindən sakinlərə verilən torpaq sahələrində su artezian quyuları qazmağa ehtiyac yaranıb. Belə torpaq sahələrindən biri də rayonun Vurğun qəsəbə sakini Məmmədova Məhbubə Məhəmməd qızına məxsusdur. Məhbubə xanımın oğlu Razim Məmmədov qafqaznews.az-a müraciət edərək bildirib ki, 2011-ci ildə səhər ayılanda gördük ki, bizə heç bir xəbərdarlıq edilmədən AKKORD şirkətinin işçiləri bizə məxsus sahədə su quyuları qazırlar. Biz və digər sakinlər Ağstafa RİH-ə, torpaq şöbəsinə, kənd bələdiyyəsinə müraciət elədik. Uzun şikayətlərdən sonra nəhayət 2011-ci ilin 13 may tarixində Ağstafa RİH başçısının aqrar məsələlər üzrə müavini Ramiz İmanov bizə məktub göndərdi ki, ya sizə başqa yerdən torpaq sahəsi veriləcək, ya da əvəzində pul ödəniləcək. Ancaq 3 ildir bizə nə torpaq sahəsi verilir, nə də pul ödəyirlər. Şikayətçi onu da bildirdi ki, bizdə olan məlumata görə AKKORD pulu ödəyib, ancaq icra hakimiyyəti sakinlərə pul vermək istəmir. Ağstafanın baş icra məmuru Əhməd Məmmədzadə problemin olduğunu təsdiqlədi,ancaq bildirdi ki, artıq torpaq sahiblərinin çoxunun pulu ödənilib, bir-iki nəfər qalıb ki, onların da pulu yaxın vaxtlarda ödəniləcək.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025