Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (13-07-2015, 15:17)
"Hər maşından 500 dollar alırlar" - Nazirdən Azərbaycan gömrükçülərinə rüşvət ittihamı

Rusiyanın nəqliyyat naziri Maksim Sokolov ötən həftə Şanxay Əməkdaşlıq Təşkilatınən Ufada keçirilən sammitində sanksiyaların götürülməsindən sonra Xəzər dənizi üzərindən İranla bərə yükdaşımalarının təşkilinə hazırlaşdıqlarını deyib.

 
Mediatv.az Virtualaz.org-a istinadən bildirir ki, M.Sokolov İrandan yüklərin bərə ilə Həştərxana, yaxud Volqa çayı ilə Tatarıstanın Sviyajk logistika kompleksinə daşına biləcəyini deyib.
 
Lakin Rusiyanın "TransAziya-Rus” nəqliyyat şirkətinin inkişaf üzrə direktoru Arkadi İvanov hesab edir ki, İranla Rusiya arasında bərə yükdaşımalarının təşkili üçün rəqabət mühiti olmalıdır.
 
O, qeyd edib ki, bundan əvvəl İranla bərə yükdaşımaları marşrutu işləyib, ancaq yüksək tariflərə görə müştərilər bu dəhlizdən istifadəni dayandırıblar. Çünki yükdaşımalarla ancaq İranın inhisarçı şirkəti - "Xazar Shipping Company” məşğul olurdu.
 
Arkadi İvanov deyib ki, İranla bərə yükdaşımalarının dayanmasının günahını sanksiyaların üzərinə atmaq lazım deyil:
 
"Bunun üçün kifayətdir ki, ora 20 Rusiya yük gəmisi, iki refrejator gəmisi, 1000 konteyner göndərəsənVə yüklər indi fəaliyyətdə olan və Azərbaycandan keçən avtomobil dəhlizi ilə yox, Xəzər dənizi üzərindən daşınacaq. Azərbaycan gömrüyündə hər maşından girəndə və çıxanda gömrük 500 dollar alır. Dəqiqləşdirirəm: bu, rusiyalı yük göndərənlərin və alanların cibindən gedir” 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024