Karusel (25-04-2015, 16:58)
Azərbaycanın mənzil bazarında evlər dollarla ucuzlaşıb
Ev alqı-satqısı etmək istəyənlərin nəzərinə
Azərbaycanın mənzil bazarında evlər manatla bahalaşıb, dollarla ucuzlaşıb.
"MBA Ltd." konsaltinq şirkətinin hesablamasına görə, bu ilin mart ayında Bakı şəhərinin ilkin yaşayış mənzil bazarında satışa təklif olunan "pod mayak" yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 16.38% azalıb və 1374 dollar/kv.m-dən 1149 dollar/kv.m-ə düşüb. Manatla isə ay ərzində 11.94% artıb və 1078 manat/kv.m-dən 1206 manat/kv.m-ə çatıb.
Bildirilir ki, iki valyutada qeyd edilən məbləğlər arasındakı tərs mütənasibliyə fevral ayında ölkədə baş verən devalvasiya səbəb olub. "MBA Ltd."nin monitorinq qrupunun ötən ay apardığı araşdırmalar göstərir ki, ilkin yaşayış mənzil bazarında təklif olunan «pod mayak» 1, 2, 3 və çox otaqlı mənzillərin hər birinin dollarla qiymətləri məlum olan səbəblərdən ciddi şəkildə azalıb.
Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan «pod mayak» mənzillərin sayında artım əsasən Yasamal və Nərimanov rayonlarında qeydə alınıb. Buna da əsas səbəb kimi, tikilməkdə olan binaların yekunlaşmasını göstərmək olar. Satışa təklif olunan yeni tikilən mənzillərin sayında azalma isə daha çox Sabunçu və Səbail rayonlarında qeydə alınıb. Müşahidə olunan azalmanı isə bu rayonlarda satışa çıxarılan mənzillərin digər rayonlara nisbətən daha tez satılması ilə izah etmək olar

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025