Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (26-04-2014, 17:53)
Bakıda mənzillərin qiyməti qalxıb

Mart ayında Bakının təkrar mənzil bazarında hesablanmış ortа qiymət 2,06% artaraq 1992 $/кv.m-dən 2033 $/кv.m-ə qədər yüksəlib


Mediatv.az-ın “MBA Consulting Group”a istinadən verdiyi xəbərə görə, ötən ay təkrar bazarda 2069 ədəd yaşayış mənzili sаtışda olub

Bu da öz növbəsində ötən ilin müvafiq ayı ilə müqayisədə -12,07%, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə isə -28,45% az olub.

Qurumdan bildirilib ki, ümumən bazarda ötən aya nisbətən bu ay da qiymətlərin artması ilə yanaşı təklifin sayının azalması müşahidə edilib.

Əmlak bazarında araşdırma aparan mütəxəssislər qiymətin sıçrayışlı artması səbəbini son vaxtlar Bakı şəhərində “Sovetski” adlanan ərazidəki evlərin sökülməsi barədə verilən qərarla əsaslandırırlar.

“1500-2000 ədədə yaxın yaşayış mənzillərinin sökülmə qərarı satışda olan evlərin qiymətinə təsirsiz ötüşməyib. Digər tərəfdən isə, daşınmaz əmlak bazarındakı qiymətlərin artması son aylarda qiymətlərin daha çox artacağı ehtimallarının əhali tərəfindən qəbul olunması ilə bağlı satıcıların ehtiyatlı tərpənmələri olduğunu da demək olar”,-mütəxəssislər belə hesab edir.

Araşdırmalar nəticəsində məlum olub ki, ay ərzində satış portfelinin çox hissəsini ucuz evlər təşkil edib ki, bu da bazarın konyukturası və ya tələbin xarakterindən irəli gəlir.

Ümumilikdə təklif portfelində bahalı evlərin payı 44,87%-dən 3,28% artaraq 46,34%-ə düşmüş, ucuz evlərin payı isə -2,67% azalaraq 55,13%-dən 53,66% olub. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
19 05 2024
19 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024