Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 10:48)
AYNA sədrinin müavininə məxsus olmasaydı “ANG” MMC bu tendelərdə qalib ola bilərdimi

  

“Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidməti” publik hüquqi şəxsi “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-130 üzrə binaların tikintisi işləri”nin satın alınması üzrə 04.06.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “ANG” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 9.099.651,54 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 02.10.2025-ci ildə dərc edilib.

Aktualinfo.org doqquz milyon dəyərində satınalmanın qalibi seçilmiş “ANG” MMC-nin ətrafında araşdırma aparmışdır. Şirkətin portalında yerləşdirilmiş məlumata görə MMC-2016-ci ildən etibarən Azərbaycanın tikinti-inşaat sektorunda ixtisaslaşmış şirkət kimi, təyinatından asılı olmayaraq yaşayış (çoxmənzilli binalar və fərdi yaşayış evləri) və qeyri-yaşayış (sənaye, ictimai iaşə obyektləri, digər strateji obyektlər ) obyektlərinin layihələndirilməsi, dizaynı, inşası, avadanlıq və aqreqatlarla təchiz edilməsi, həmçinin, istismara verilməsini təmsil edir.

Dövlət satınalmalarının portalına yerləşdirilmiş məlumatlara görə “ANG” MMC 28.06.2024-cü ildə Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu tərəfindən Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 73 fərdi yaşayış evinin tikintisi üzrə 11.907.614,49 manat dəyərində bir açıq tenderin, 13.03.2020-ci ildə isə Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 53 №-li yaşayış binasının tikintisi üzrə 3.095.894 manat dəyərində bir tenderin qalibi olub.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ANG” (VÖEN: 1402057841) Məhdud Məsuliyyətli Cəmiyyətinin 04.08.2011-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, CƏLİL MƏMMƏDQULUZADƏ DÖNGƏSİ, ev.18/20, qanuni təmsilçisi kimi isə Arıxov Murad Habil oğlu qeyd olunub. Vergi öhdəlikləri üzrə 2022-2023-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə maliyyə sanksiyası tətbiq edilmişdir.

Reyestr məlumatlarında “ANG” MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Səmədov Anar Qorxmaz oğlu olduğu göstərilir. MMC-yə daha sonra Əsgərova Təranə yusif qızı, Qurbanlı Tural Hidayət oğlu, Mustafayev Rüstəm Şaqi oğlu rəhbərlik edib.

“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat yoxdu. Amma “ANG” MMC-nin portalında şirkətin bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziyaya malik olması göstərilir.

Apardığımız daha ətraflı araşdırma zamanı məlum oldu ki, “ANG” MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Səmədov Anar Qorxmaz oğlu hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.

Qeyd edək ki, Anar Səmədov 12 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə orta məktəbi bitirib. 2005-2010-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakultəsində bakalavr təhsili alıb və 2010-2011-ci illər ərzində ordu sıralarında qulluq edib. 2011-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakultəsində, 2014-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə magistr təhsili alıb.

2011-ci ildən Bakı şəhər İcra Hakimiyyəti Aparatının Şəhər təsərrufatı şöbəsində, 2012-ci ildən isə Bakı şəhər İcra Hakimiyyətinin Aparatında, 2013-cü ildən Bakı şəhər İcra Hakimiyyətinin Aparatının Şəhər təsərrufatı, Sosial-İqtisadi İnkişafin Təhlili və Proqnozlaşdırması şöbəsində böyük məsləhətçi vəzifəsində çalışmışdır.
2013-2018-ci illərdə Azərbaycan Respublikası Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Layihələrə baxılması, Müraciətlər və Sənədlərlə İş şöbəsinin müdiri, 2018-2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində rəis müavini vəzifəsini icra etmişdir. 1 dekabr 2020-ci ildən 29 mart 2022-ci ilə qədər Xətai rayon İcra Hakimiyyəti başçısının birinci müavini olub. 29 mart 2022 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətnin rəis müavini vəzifəsinə təyin edilib.

Göründüyü kimi son bir ildə dövlət qurumlarından 20 milyon manatdan çox dəyəri olan tenderlər udmuş bu şirkətin arxasında da yüksək çinli bir məmur dayanır. Göründüyü kimi 2011-ci ildə yaradılmasına baxmayaraq “ANG” MMC-nin ulduzu Anar Səmədovun vəzifə pillələrində yüksəlişindən sonra başlayıb. Elə ilk tender də Anar Səmədovun Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində rəis müavini vəzifəsini icra etdiyi dövrlərə təsadüf edir.

Aktualinfo.org

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025