Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (12-07-2024, 11:08)
Məhkəmə rüşvətə görə həbs edilən vəzifəli şəxslərlə bağlı qərar verdi

Məhkəmə rüşvətə görə həbs edilən vəzifəli şəxslərlə bağlı qərar verdi
Ali Məhkəmədə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvət almaqda təqsirləndirilən Mircavad Haşımov və Zakir Kazımovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsin hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Şirvan Apellyasiya Məhkəməsi isə onların şikayətini təmin etməyib.

Qeyd: Dövlət Vergi Xidmətinin əməkdaşlarının xidməti fəaliyyətləri zamanı yol verdikləri qanunsuz hərəkətləri barədə həmin dövlət qurumundan daxil olmuş materiallar əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb. İstintaqla məlum olub ki, Xidmətin 6 saylı Ərazi Vergilər Baş İdarəsində şöbə rəisi işləyən Haşımov Mircavad Fərman oğlunun həmin İdarədə böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Kazımov Zakir Mahmud oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq edib. Vergi ödəyicisinin fəaliyyətində aşkar edilmiş pozuntularla bağlı operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməməsinə görə vətəndaşdan 2020-2021-ci illər ərzində 2 dəfə olmaqla, cəmi 20 min manat rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib. Mircavad Haşımov və Zakir Kazımov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinərək barələrində həbs qətimkan tədbiri seçilib.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024