Son illər Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən “kosmetoloqlar”ın, estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır.
Rəsmi statistikaya görə, ölkəmizdə son illər kosmetoloji prosedurlardan əziyyət çəkənlərin sayı kifayət qədər artıb. Tibbi təhsili olmayanlar belə, insanlara sağlamlıq və gözəlliklər vəd edib gigiyenik qaydalara riayət etmədən qeyri-qanuni prosedurlar həyata keçirilir.
Azərbaycan Respublikasının Qanununa əsasən kosmetoloji iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub: “Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər”.
Redaksiyamıza daxil olan,məlumata əsasən, tibbi təhsili olmadan, lisenziyasız və sertifikatsız fəaliyyət göstərən kosmetoloqlardan sosial şəbəkələrdə kosmetoloq Sabiha Rzayevadır.
Araşdırmalarımız nəticəsində məlum olub ki, kosmetoloq Səbihə Şakir qızı Rzayevanın Səhiyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibb təhsili olması barədə məlumat yoxdur.
Həmçinin sertifikasiyası haqqında məlumat mövcud deyil. Dövlət Reyestr sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni, o, heç bir ali tibbi təhsilə, tibbi sertifikata və lisenziyaya malik olmadan fəaliyyət göstərir.
İddialara görə, özünü həkim kimi təqdim edən Səbihə Rzayeva tibbi prosedurları həyata keçirərək qanunvericiliyimizi heçə sayır. “Aspero” “Say” klinikalarında qanunsuz fəaliyyət göstərən Səbiha Rzayeva hətta qanunvericiliyə əsasən məhkəmə tərəfindən 5 min manat cərimə olunub. Lakin cərimə olunamsına baxmayaraq hələmdə fəaliyyətinidi davam etdirir.
Bir müddət öncə adını cəmiyyətdən gizlədərək Sabina Shakeri adı ilə fəlaiyyət göstərməsi və sonradan sosila heablarını bağlaması çox şübhəli məqamlar artaya çıxarır.
Göründüyü kimi əsl adını gizlədərək Sabina Shakeri adı ilə hal hazırda isə öz adı ilə pasiyentləri aldadaraq tibbi tehsili olmadan onlara qanunsuz dolğu, full face, botoks, mezolar, lipolitik, bütün inyeksion prosedurları, həyata keçirir.
Səbiha Rzayevanın müştərilərinə dolğu və plazma terapiya həyata keçirməsi bağlı yeni aktivləşmiş instagram hesabında paylaşımlar belə edir və yeni müştərilər cəlb edir. Araşıdrmalarımız nəticəsində hətta yeni iş yeri axtarışındadır Səbihə Rzayeva necə tibbi təhsil olmadan bütün kosmetoloji prosedurları, hətta inyeksiya həyata keçirir? Bu məsələ ilə bağlı “Say” klinkası bildiriblər ki, Səbihə Rzayeva icarəyə yer götürüb ve buradan işləmir.
Səbiha Rzayeva isə açıqlama verməkdən imtina edib.
Qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən lisenziyasız plastik cərrahlar və kosmetoloqlar haqqında araşdırmalarından yayınmaq üçün artıq qanunsuz fəaliyyət göstərən “ixtisaslanmış həkimlər” və “kosmetoloqlar” sosial hesablarını bağlayıb bir müddət keçdikdən sonra yenidən aktiv edib müştəri toplayırlar.
Redaksiyamıza Analitik Ekspertiza Mərkəzindən verilən məlumat görə, “Kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur. Tibbi kosmetogiyaya, сərrаhi müdaxilələr istisna olmaqla (plastik сərrаhiууəуə aid оlmayan) konservativ və korreksion üsullar daxildir. Bu üsullаrа inyeksion рrоsеdurlаr, müxtəlif növ араrаt kosmetologiyası (о сümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq рrоsеdurları, və müalicəvi masaj üsulları, plazmoliftinq və digər рrоsеdurlar aid оlunur. Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatovnenerolqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasientin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ vardır. Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”, – deyə mərkəzdən bildirilib.
Məlumat üçün bildiririk ki, lisenziyasız kosmetoloji fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görüntülər var ki, qanunsuz dolğu, full face, botoks, mezolar, lipolitik, bütün inyeksion prosedurları, hətta qanunsuz tələbə hazırlığı həyata keçirilir. Hətta endirim adı ilə müştəriləri cəlb edib vaxtı keçmiş kosmetoloji preparatları istifadə olunması ilə bağlı məlumatlar var. Məsələ ilə bağlı qanunsuz fəaliyyət göstərən kosmetoloq Səbihə Rzayeva haqqında Analitik Ekspertiza Mərkəzinə müraciət olunub.(xalq.az)
Yazıda adları keçənlərində açıqlamasını dərc etməyə hazırırq.