Redaksiyamıza daxil olan məlumata görə lisenziyasız fəaliyyət göstərən kosmetoloqlardan biri də sosial şəbəkələrdə özünü “ixtisaslaşmış həkim kosmetoloq Dr.Sara Alizadə” adı ilə reklam edən Sara Əlizadədir.
Sara Əlizadənin tibbi təhsili olmasına baxmayaraq, fəaliyyət göstərdiyi kosmetologiya sahəsi üzrə lisenziyasının olmadığı bildirilir. Sara Əlizadə sosial şəbəkədə yayımladığı reklam çarxında passiyentlərinin üz və digər nahiyyələrinə müxtəlif iynə pereparatlarını vurduğu əks olunur. Bildirək ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, lisenziya verən qurum kimi İqtisadiyyat Nazirliyi özəl tibb fəaliyyəti üçün lisenziyanın verilməsi ilə bağlı daxil olmuş müraciətə baxılması ilə əlaqədar Səhiyyə Nazirliyinin rəyini alır.O cümlədən, kosmetoloji iş üzrə ambulator tibbi xidmət göstərmək niyyətində olan müəssisələr özəl tibb fəaliyyəti üçün lisenziyanın verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət etməlidirlər. Müraciət əsasında rəyin verilməsi məqsədilə hər iki qurumun iştirakı ilə müəssisəyə birgə baxış keçirilir.
Məsələ ilə bağlı Sara Əlizadə ilə əlaqə saxladıq o açıqlamasında bildirib ki, tibbi təhsili var amma lisenziya verilməyib. Əməkdaşımızın lisenziyasız necə fəaliyyət göstərirsiz? sualına isə “Yaxşı edirəm kiməsə gedib pul verib lisenziya almalıyam….İcarəyə obyekt götürməliyəm lisensiya verilsin? deməklə araşdırmanız boş şeydi. Sizin telefonu lazımı adamalara verəcəm deyərək hədələməyə başladı.
Araşdırmalarımız nəticəsində məlum oldu ki, lisenziyasız fəaliyyət göstərən “kosmetoloq” Sara Əlizadə sosial hesablarında bağlayıb və hüquq mühafizə orqanları tərəfindən lisenziyasız plastik cərrahlar və kosmetoloqlar haqqında araşdırmalarından yayınmaq üçün etdiyi iddia olunur.
Araşdırmalarımız davam edir.(xalq.az)