Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 12:06)
Hüquqşünas “Bank VTB”nin müştərisinin başına açdığı oyundan yazdı-FOTO

 “Bank VTB (Azərbaycan)”a (Rusiyaya məxsusdur) qarşı müştərisinin adından verdiyim iddia birinci instansiya məhkəməsində təmin olundu. Deməli, 2022-ci ilin fevral ayında müştəri xaricə köçürmə edib. Rusiyanın Ukraynaya hücumu səbəbindən sanksiyalar tətbiq olunduğu üçün vəsait vasitəçi müxbir ABŞ bankı tərəfindən bloklanıb. Nəticədə təyinatı üzrə çatdırılmayıb.

Tribunainfo.az xəbər verir ki, baş vermiş hadisəni ictimailəşdirən iddiaçı tərəfin vəkili hüquqşünas Əkrəm Həsənov bildirib ki, indi “Bank VTB” deyir ki, başımıza iş gəlib (fors majordur), təqsirimiz yoxdur:

“Müqayisə üçün: banka krediti olan şəxsin başına iş gəldiyi (müflisləşdiyi) üçün borcunu ödəyə bilməyəndə bank məgər gözləyir? Xeyr! Bəs pulunu banka verib köçürülməsini istəyən müştəri nəyi və niyə gözləməlidir? Bununla belə, müştəri 3 ildir ki, gözləyir. Bankın nümayəndəsi məhkəməyə bəzi sənədlər təqdim etdi ki, görürsüz, bu pulun qaytarılması üçün nə qədər iş görmüşük, amma siz (yəni müştəri) nankorsuz (bankın səviyyəsinə baxın eee: görün müştərisinə göstərdiyi xidmətə görə nə deyir! ümumiyyətlə, bankın nümayəndəsi qanuni arqument tapmadığı üçün daha çox hay-küy salırdı).
Halbuki bu onların işidir, etməlidirlər və pulu qaytarmalıdırlar”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar

шаблоны для dle 11.2

Xəbər lenti
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
13 03 2025
13 03 2025
13 03 2025
13 03 2025
13 03 2025
13 03 2025
13 03 2025
13 03 2025
13 03 2025