Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (24-03-2022, 18:32)
Rus banklarından sanksiyalara CAVAB

 Böyük Britaniyanın növbəti sanksiyalarına məruz qalan Rusiya bankları adi qaydada işləməyə davam edir, qoyulan məhdudiyyətlər onların normal fəaliyyətinə təsir etməyəcək.
 
Mediatv.az xəbər verir ki, bu barədə məlumatı bu gün rus bankları elan ediblər.
 
Martın 24-də Böyük Britaniya hakimiyyəti bir sıra Rusiya banklarını, şirkətlərini və müdafiə sektoru müəssisələrini "qara siyahı"ya əlavə edib. Sanksiyaya məruz qalanlar arasında "Qazprombank", "Rusiya kənd təsərrüfatı bankı", "Alfa-Bank", "SMP Bank", "Ural Yenidənqurma və İnkişaf Bankı" var.
 
Böyük Britaniyanın yeni sanksiyaları həmçinin Sberbankın baş direktoru Herman Qrefi, Sberbankın idarə heyəti sədrinin birinci müavini Aleksandr Vedyaxini və idarə heyətinin keçmiş sədr müavini Lev Xasisi, həmçinin "Tinkoff Bank"ın təsisçisi Oleq Tinkovu da hədəf alır.
 
"Bu gün Böyük Britaniya Xəzinədarlığı bir sıra Rusiya şirkətləri və banklarına, o cümlədən "Qazprombank"a qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı bəyanat yayıb. Biz müştərilərimizə bu hadisələrin "Qazprombank"ın Rusiyadakı hazırkı əməliyyatlarına təsir etməyəcəyi barədə məlumat verməyə tələsirik", - "Qazprombank" bəyanatında bildirib.
Bununla belə, bank Britaniyalı kontragentlərə - fiziki və hüquqi şəxslərə bütün ödəniş əməliyyatlarını dayandırır. Bankdan bildirilib ki, bu, müştəri vəsaitlərinin təhlükəsizliyini təmin etmək üçün edilib.
""Alfa-Bank" həmçinin, Böyük Britaniyadan olan tərəf müqabilləri ilə hesablaşmaların dayandırıldığını elan edib. Əks halda Londondan gələn məhdudiyyətlər bankın normal fəaliyyətinə təsir göstərməyəcək", - bankın mətbuat xidməti vurğulayıb.
"Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalar "Rusiya Kənd Təsərrüfatı Bankı"nın fəaliyyətinə təsir etməyəcək. Bankın Böyük Britaniyada aktivləri yoxdur, bizim bütün əsas fəaliyyətimiz Rusiyadadır", - bankdan TASS-a bildiriblər.
"Tinkoff Bank"ın mətbuat xidməti bildirib ki, bankın təsisçisi Oleq Tinkova qarşı tətbiq edilən sanksiyalar Qrupa və xüsusən banka heç bir şəkildə təsir etmir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024