Sosial (20-03-2015, 14:03)
Xəzərdəki yeganə məməlilər məhv olur
Xəzərin yeganə məməlisi olan suitilərin hazırkı acınacaqlı durumu dənizdə fauna və floranın ürəkaçan vəziyyətdə olmadığını göstərir
Azərbaycan Milli Elmlər Akademiyasından virtualaz.org saytına verilən məlumatda deyilir ki, Xəzər dənizindəki suitilərin vəziyyəti Moskvada keçirilən “Nəsli kəsilmək üzrə olan Xəzər suitilərinin mühafizəsinə dair” beynəlxalq konfransda müzakirə edilib.
Rusiya Elmlər Akademiyası (REA) A.N.Seversov adına Ekologiya və Təkamül Problemləri İnstitutunda təşkil olunmuş konfransda İngiltərə, Niderland, İtaliya və 5 Xəzəryanı ölkədən 44 alim və mütəxəssis iştirak edib.
AMEA-nın Geologiya və Geofizika İnstitutunun Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov bildirib ki, Qazaxıstandan gələn və Abşeron sahillərində toplanan ölü suitilərin üzərində apardığı tədqiqatların nəticələrinə görə, Xəzərin yeganə məməlisi olan və 2008-ci ildə “Qırmızı kitab”a salınmış suiti həm də dənizdə yem piramidasının başında dayanır: “Bu heyvanların hazırkı acınacaqlı durumu planetin ən böyük gölündə fauna və floranın ürəkaçan vəziyyətdə olmadığını göstərir”.
Mütəxəssislər Xəzər suitilərinin xilası istiqamətində elmi potensialların cəmləşdirilməsi üçün razılaşma memorandumu imzalayıblar.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025