Sosial (Dünən, 13:40)
Rəşad Cəbrayılov Rüstəm Xəlilovla “anlaşdı“ -“Qara kassa“ etibarlı əllərdə...
Uzun illərdir Salyan rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini və humanitar şöbənin müdiri vəzifəsində çalışan Rəşad Cəbrayılov yeni başçı təyin edilən Rüstəm Xəlilovun "saqqızını oğurlaya" bilib. Belə ki, bu illər ərzində Salyan rayonunun "boz kardinalı" kimi tanınan, rayonda "qara kassa"ya nəzarət edən Rəşad Cəbrayılovun bundan sonra da bu işi davam etdirəcəyi bildirilir.
Bu barədə redaksiyamıza Salyandakı etibarlı mənbələrdən məlumat daxil olub.
Bildirilir ki, Azərbaycanın ən məşhur generallarından biri ilə yaxın qohum olan Rəşad Cəbrayılov bu illər ərzində qohumluq əlaqələrindən sui-istifadə edərək rayonda nəzarətində olan təhsil və səhiyyə sahəsini şəxsi təsərrüfatı kimi idarə edib.
R.Cəbrayılov hətta bu illər ərzindən Rayon İcra Hakimiyyətinin və tabeliyindəki müəssisələrin sifarişçi olduğu satınalmalara da nəzarət edib.
Rəşad Cəbrayılovun eyni zamanda təhsil və səhiyyə sahəsində də kadrların seçilməsinə "nəzarət" etdiyi, onun sözündən çıxan yerli məmurların karyeralarının ciddi sual altına düşdüyü məlumatda vurğulanır.
R.Cəbrayılovun Yeni Azərbaycan Partiyasının sədri vəzifəsindən bir müddət öncə uzaqlaşdırıldığı bildirilsə də, onun hazırda yenə də partiyanın rayon təşkilatına rəhbərlik etdiyi, keçirilən bütün tədbirlərin, təşkilata vəzifəyə təyin edilən şəxslərin onun razılığı ilə həyata keçirildiyi deyilir.
Qeyd edək ki, Rəşad Cəbrayılov Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Vaqif Axundovun bacısı kürəkənidir. (azfakt.com)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024