Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Dünən, 13:21)
Büdcəyə “kəm baxmayan“ başçının gözqamaşdıran mülkləri...

bitmap-img6

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Bakıya yüksək vəzifəyə gətirilə bilər. 
 Bu barədə redaksiyamıza daxil olan məlumatda qeyd edilir.
"Sevindik Hətəmov uzun müddət idi ki, Qaradağ rayonuna icra başçısı gəlmək istəyirdi. O, bu məqsədlə münasibətdə olduğu yüksək vəzifəli şəxslərdən kömək istəmişdi. Sevindik Hətəmovun Qaradağ rayonuna başçı gəlməkdə əsas məqsədi onun bu rayonda illər əvvəl yaratdığı daş karyerlərinin daha da inkişafı, yeni karyerlər əldə etmək idi. Sevindik Hətəmov illər idi buna görə müəyyən vəzifəli şəxslərdən mütəmadi kömək istəyirdi. Lakin sentyabr ayında Sevindik Hətəmovun Hacıqabul rayonuna başçı təyin edilməsi onun bütün planlarını alt-üst etdi"-deyə məlumatda qeyd edilir. 
Sevindik Hətəmovun baçı vəzifəsində çalışdığı illər ərzində müdiada özünə rüşvət almayan, əhalinin qayğısına qalan başçı imici yaratdığı, amma əslində isə onun da bəzi digər başçılar kimi özünə var-dövlət topladığı deyilir. 
"Sevindik Hətəmov Yardımlı rayonunda başçı vəzifəsinə təyin olunandan indiyədək mətbuatda barəsində bir imic formalaşdırıb. Sanki o, heç bir icra başçısına bənzəmir. Hər gün xalqın içindədir, heç zaman büdcə vəsaitinə kəm baxmayıb. Amma bu ilin sentyabr ayında Hacıqabul rayonuna başçı təyin ediləndən bir neçə gün sonra Salyan rayonunda başçı işləyərkən köməkçisi olan Rəşad Muradovu yanına apararaq yenidən özünə köməkçi təyin etdi. İndi sual olunur, hörmətli Sevindik müəllim, bu köməkçinin maaşı nə qədərdir? O Hacıqabl rayonunda necə dolanacaq maaşla? Sizin hansı sirrləriniz var ki, Rəşad Muradovu da özünüzlə aparmısınız?.
Sevindik Hətəmovun Bakıda hansı vəzifəyə təyin ediləcəyi barədə dəqiq məlumatlar olmasa da, onun bir neçə gündür ki, paytaxtda işgüzar görüşlər keçirdiyi vurğulanır.
Qeyd edək ki, Sevindik Hətəmovun Qaradağ rayonunda olan daş karyerlərini Oktay adlı şəxsin idarə etdiyi barədə mediada məlumatlar yer almaqdadır. 
Sevindik  Hətəmovun Ağcabədi rayonunda xırda və idi buynuzlu heyvanlardan ibarət fermaları var. Bu fermaların qaynatası tərəfindən idarə edilir. 
S. Hətəmovun Bakıda "milyonerlər məhəlləsində" dördmərtəbəli villasının, oğlu Xətai və qızı Günayın isə ən son model Range-Roverlərinin olduğu vurğulanır. 
 
İcra başçısının mülkləri bununla yekunlaşmır. 
 
Belə ki, onun Nabranda yüznəsi Oktayın adına aldığı istirahət mərkəzinin, Yasamal rayonunda "Meqa-Sity" yaşayış Kompleksində 5 mənzili var. 
Əlbəttə ki, bu hələ də son deyil. 
"Meqa-Sity" yaşayış Kompleksində fəaliyyət göstərən idman-sağlamlıq mərkəzinin də Sevindik Hətəmovun alaraq bacısının adına rəsmiləşdirdiyi, hazırda kirayəyə verildiyi bildirilir.  
Xatırladaq ki, Sevindik Hətəmov 2012-2016-cı illərdə Yardımlı, 2016-2024-cü illərdə Salyan rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 
S.Hətəmov 2024-cü ilin sentyabr ayında Hacıqabul rayon İcra Hakimiyyətinə başçı təyin edilib.(azfakt.com) 
Hacıqabul rayon İcra Hakimiyyətindən məsələyə mövqe öyrənə bilmədik. 
шаблоны для dle 11.2

Xəbər lenti
21 12 2024
21 12 2024
21 12 2024
21 12 2024
21 12 2024
21 12 2024
21 12 2024
21 12 2024
21 12 2024
21 12 2024
21 12 2024
21 12 2024
21 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024