Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Dünən, 11:59)
FHN 21 ədəd “Hyundai” alır – 871 min 800 manat 1 qəpik ödəyəcək

FHN 21 ədəd “Hyundai” alır
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti 21 ədəd avtomobilin satın alınması məqsədi ilə “Auto Azərbaycan” MMC (VÖEN – 1500040601) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, FHN 17 ədəd sedan, 3 ədəd pikap və 1 ədəd krossover tipli avtomobil üçün “Auto Azərbaycan” MMC-yə 871 min 800 manat 1 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “Hyundai” markalı avtomobillərin Azərbaycandakı rəsmi distributoru “Auto Azərbaycan” MMC 9 iyul 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 15 milyon 352 min 742 dollar olar MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 118-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Emil Hüseyn oğludur. “Auto Azərbaycan” MMC Türkiyədə yaşayan İran əsilli Eromi ailəsinin təsis etdiyi “NAB Holdinq” şirkətlər qrupuna daxildir. “NAB Holdinq” şirkətlər qrupuna “Bank of Baku”, “Baku Electronics”, “Qafqaz Lizinq”, “Buta Sığorta”, “Baku Service Company”, “Auto Azərbaycan” kimi şirkətlər daxil olub. “Qafqaz Lizinq” və “Buta Sığorta” fəaliyyətini dayandırsa da, digər şirkətlər öz fəaliyyətlərini davam etdirirlər.
шаблоны для dle 11.2

Xəbər lenti
25 12 2024
24 12 2024
24 12 2024
24 12 2024
24 12 2024
24 12 2024
24 12 2024
24 12 2024
24 12 2024
24 12 2024
24 12 2024
24 12 2024
24 12 2024
24 12 2024
24 12 2024
24 12 2024
24 12 2024
24 12 2024
24 12 2024
24 12 2024
24 12 2024
24 12 2024
24 12 2024
24 12 2024
24 12 2024
24 12 2024
24 12 2024
24 12 2024
24 12 2024
24 12 2024