Sosial (30-04-2024, 15:36)
TƏBİB-dən müəmmalı tender
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsində qanun pozuntusunun olduğu bildirilir.
Yeniavaz.com-a daxil olan məlumatda göstərilir ki, Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən yumşaq inventarların satınalınması zamanı tender müsabiqəsinin şərtləri pozulub.
Məlumat üçün bildirək ki, tender təklifində yalnız qiymət əsas götürülüb. Tender müsabiqəsində iştirak edən şirkətlərin qiymət təklifi üçün 100 bal nəzərdə tutulub.
Bildirilir ki, tender müsabiqəsində 5 şirkət iştirak edib və ən yüksək qiymət təklifini verən şirkət - “Vest Supply” MMC qalib olub.
Tender müsabiqəsində iştirak edən şirkətlər və onların təqdim etdiyi qiymət təklifi aşağıdakı kimi olub:
Onu da qeyd edək ki, ən yüksək qiymət təklifi verməsinə baxmayaraq tender müsabiqəsinin qalibi seçilən “Vest Supply” MMC barəsində açıq mənbələrdə heç bir məlumat mövcud deyil. Şirkətin nəinki veb-saytı, heç sosial şəbəkə hesabları da yoxdur.
Maraqlıdır ki, barəsində açıq mənbələrdə heç bir məlumat olmayan şirkət dövlət qeydiyyatına alındıqdan təxminən 2 ay sonra Qazax rayon Psixiatriya Xəstəxanası tərəfindən keçirilən tender müsabiqəsinin qalibi olub.
Qeyd edək ki, şirkət qeydiyyata alınan zaman adı “Azmed Tekstil” MMC olub. 2022-ci ildə şirkətin adı “Vest Suplly” MMC-yə çevrilib. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2, m. 115-da yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. MMC-qeydiyata alınan zaman qanuni təmsilçisi Qurbanov Şahmurad Səfər oğlu olub. Daha sonra şirkətə Eyvazlı Hatəm Pərviz oğlu, Hacıyev Sahib Xamid oğlu, Adışirinli Aslan Xəqani oğlu, Ramazanov Murad Məhəmmədrəsuloviç rəhbərlik ediblər. Hazırda isə “Vest Supply” MMC-nin qanuni təmsilçisi Laçın Xabibullayeva Fətulla qızıdır.
Şirkətə rəhbərlik etmiş şəxslərdən yalnız Eyvazlı Hatəm Pərviz oğlu barədə məlumat mövcuddur. Hatəm Eyvazlının şəxsi hesabında paylaşdığı məlumatdan belə görünür ki, “Vest Suplly” MMC-yə rəhbərlik etmiş bu şəxsin böyük iş təcrübəsi yoxdur. 2018-ci ildə universitetdən məzun olan Hatəm Eyvazlı cəmi 3 il sonra “Azmed Tekstil” MMC-yə rəhbərlik etməyə başlayıb. Əvvəlki iş təcrübəsi barədə də heç bir məlumat yoxdur. Şirkət dövlət qurumlarının keçirdiyi tender müsabiqələrini də əsasən Hatəm Eyvazlının rəhbərliyi dövründə udub.
Aşağıdakı cədvəldə “Vest Supply” MMC-nin (2022-ci ilə kimi “Azmed Tekstil” MMC) qalib olduğu tender müsabiqələri yer alıb:
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin olması lazımdır.
Dövlət qeydiyyatına alındıqdan 2 ay sonra tender müsabqiəsində qalib olan şirkətin peşəkarlığının və təcrübəsinin olacağı ciddi şübhələr yaradır. Üstəlik nəzərə almaq lazımdır ki, son 3 ildə 30 tender müsabiqəsində qalib olan şirkət barədə açıq mənbələrdə heç bir məlumat mövcud deyil.
Qeyd olunan məsələ ilə bağlı TƏBİB-in mövqeyini öyrənmək cəhdimiz nəticəsiz qaldı. 10 gün əvvəl qurumun mətbuat xidmətinə ünvanladığımız sorğuya bugünə kimi heç bir cavab verilməyib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024