Sosial (29-04-2024, 08:28)
“Azərsun”un 3 il əvvəl ləğv olunduğunu açıqlayan zavodunun səhmdarları toplanır
Ölkənin aparıcı şirkətlərindən olan “Azərsun Holdinq”ə məxsus olan “Qazax Konserv Zavodu” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, səhmdarların ümumi yığıncağı 10 iyun 2024-cü tarixdə saat 16:00-da, Qazax rayonu, Qazax şəhəri, Ə. Şıxlinski küçəsi, 105 ünvanında keçiriləcək.
Səhmdarların ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcəkdir:
1) 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzrə Cəmiyyətin illik hesabatlarının və maliyyə hesabatlarının təsdiqi, mənfəət və zərərin bölüşdürülməsi.
2) Cəmiyyətin ləğvi.
3) Cəmiyyətin ləğvi ilə əlaqədar olaraq kollegial icra orqanı olan İdarə Heyətinin və Direktorlar Şurasının (Müşahidə Şurasının) fəaliyyətinə xitam verilməsi, Ləğvetmə Komissiyası yaradılması və qanuni təmsilçiliyə dair bütün səlahiyyətlərin Ləğvetmə Komissiyasının sədrinə həvalə edilməsi.
4) Cəmiyyətin ləğv prosesində olmasına dair məlumatların kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi ilə bağlı məsələlər.
5) Cəmiyyətin fəaliyyətinə xitam verilməsi ilə əlaqədar olaraq investisiya qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi ilə bağlı məsələlər.
Qeyd edək ki, ASC-nin ləğv olunacağı ilə bağlı rəsmi elan 2021-ci ildə verilib.
Onu da bildirək ki, ölkədə “Azərsun Holdinq”ə məxsus 4 konserv zavodu – “Qafqaz Konserv Zavodu” (Xaçmaz şəhəri), “Biləsuvar Konserv Zavodu”, “Lənkəran Konserv Zavodu” və “Qazax Konserv Zavodu” fəaliyyət göstərib.
“Qazax Konserv Zavodu” ASC 27.11.1998-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 milyon 158 min 572 manat olan ASC-nin qanuni təmsilçisi Əhmədov Mirzə Rəcəb oğludur (əvvəllər Özal Bakır).
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024