Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (17-04-2024, 08:12)
Leyla Əliyevanın iştirakı ilə ağacəkmə aksiyası keçirilib - FOTO

Leyla Əliyevanın iştirakı ilə ağacəkmə aksiyası keçirilib
Aprelin 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai
Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Yaşıl dünya naminə
həmrəylik ili” çərçivəsində Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev və Kamil
Balakişiyev küçələrinin kəsişməsində yerləşən boş ərazidə ağacəkmə
aksiyası həyata keçirilib. Sözü gedən ərazi vaxtilə tikinti materialları və məişət
tullantıları ilə mütəmadi olaraq çirkləndirilmişdir. “IDEA” İctimai Birliyinin
təşəbbüsü ilə həmin ərazi könüllülərin iştirakı ilə tullantılardan təmizlənib və
torpaq qatının tökülməsi ilə rekultivasiya edilib.
Təəssüf ki, bu gün paytaxtımızda hava təbəqəsi avtomobil nəqliyyatı,
istehsal və istehlak fəaliyyəti zamanı yaranan tullantılarla çirklənir, havada
olan toz və digər yad maddələr insan sağlamlığına, bütün ekoloji tarazlığa
zərər verir. Meşə zolağının salınması və yaşıllaşdırma fəaliyyətləri ekoloji
tarazlığın bərpasına və havanın keyfiyyətinin artırılmasına müsbət təsir edir.
Leyla xanım Əliyevanın iştirakı ilə baş tutan bu dəfəki aksiyada meşə
zolağının salınması nəzərdə tutulan ərazinin sahəsi 2 hektara yaxındır. Aksiya
zamanı 500 ədəd Eldar şamı, sərv, tuya, akasiya, zeytun ağacları əkilibvə
abadlıq işləri aparılıb. Bu ərazidə ağacların effektiv sulanması və su israfının
qarşısının alınması üçün damcılı suvarma sistemindən istifadə nəzərdə
tutulub.
“IDEA” İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə
ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin
diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə
fəaliyyətə səsləyir.

Leyla Əliyevanın iştirakı ilə ağacəkmə aksiyası keçirilib
Leyla Əliyevanın iştirakı ilə ağacəkmə aksiyası keçirilib

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024