Sosial (9-04-2024, 08:12)
3, yoxsa 15 manat? - Fitrə zəkatı ilə bağlı məsələyə belə nöqtə qoyuldu
Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i Ramazan bayramı Miladi təqvimlə 10 aprelə təsadüf edir.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı təbrikində bildirib.
"Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır. Qeyd edirik ki, Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaqdır, inşallah. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilib", - QMİ sədri qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin bu açıqlaması müzakirələrə səbəb olub. Belə ki, insanlar fitrə zəkatının adambaşına 10 manatdan hesablanmasını çox hesab edirlər. Bu, onunla əsaslandırılır ki, hazırda buğdanın bir kq-ı 0,8-1,2 və ya düyünün bir kq-ı 3-6 manatdırsa, QMİ niyə fitrə zəkatının minimum məbləğini 10 manatdan hesablayır?
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, Ramazana xas əməllərdən biri də fitrə zəkatıdır və dinimizə görə, hər bir müsəlman fitrə zəkatını verməlidir:
"Məbləğə gəldikdə isə imkandan asılı olaraq bu məbləğ 3-15 AZN arası dəyişə bilər. Bu, bilavasitə fitrə zəkatı verilən ərzağın dəyərindən asılıdır. Əgər siz fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız, məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız, daha baha olacaq. Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var".
"Fitrə zəkatı ərzaqla verilməlidir, yoxsa ərzaqın dəyərində pul da verilə bilər?"sualına cavabında deputat vurğulayıb ki, bəzi islam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar:
"Müasir dövrün ehtiyaclarını nəzərə alaraq bir sıra islam alimləri ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü bildirirlər. Hesab edirəm ki, günümüzün reallıqları nəzər alınaraq fitrə zəkatı pulla da verilə bilər.
Fitrə zəkatı verilən insan nəyə ehtiyacının daha çox olduğunu bildiyi üçün həmin pulla özü istədiyi ərzağı və ya başqa ehtiyacı olan əşyanı ala bilər. İmkanı olan hər bir şəxsin fitrə zəkatını verməsi vacibdir. Fitrə zəkatı mütləq imkansız insanlara verilməlidir. Fitrə zəkatının vaxtına gəldikdə Ramazanın sonuncu gününə, ən geci bayram namazına kimi fitrə zəkatı verilməlidir. Allah bütün oruc və duaları qəbul etsin, dövlətimizi, xalqımızı, Prezidentimizi, birlik və həmrəyliyimizi qorusun, bütün şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizə şəfa versin!"
Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfan isə "Cebhe.info"-ya açıqlamasında bildirib ki, fitrə zəkatı oruc tutan, yaxud tutmayan, ailədəki hər adambaşına təqribən 2-3 kq arası xurma, kişmiş, pendir, qarabaşaq, arpa, buğda, darı, mərcimək, düyü kimi ərzaq növlərindən verilir:
“Ona görə ki, bu məhsullar daha çox istifadə edilir. Bu, o demək deyil ki, başqa ərzaq növlərindən vermək olmaz. İstəyən ət məhsullarından, daha qiymətli ərzaqdan da verə bilər. Adıçəkilən məhsullar hədislərdə ona görə xatırlanıb ki, hamı verə bilsin, yaxud o dövrdə əsasən həmin ərazilərdə o məhsullar istifadə olunurdu. Ona görə bir neçə məhsulun adı çəkilib ki, kimin imkanı hansına çatsa, kimdə hansı məhsuldan olsa, ondan verə bilsin. Tutaq ki, buğdaya imkanı çatan buğdadan, kişmişə imkanı çatan da kişmişdən verər. Adambaşına minimum hədd 2-3 kq-dır. İllik qazancını ödəmək imkanında olan, krediti, borcu olmayan müsəlmanlara bu zəkat növü vacibdir. O miqdardan daha çox da vermək olar".
O qeyd edib ki, hərə öz yediyindən, öz büdcəsində olandan verməlidir:
"Bal yeyən bal, soğan yeyən soğandan verə bilər. Yoxsa soğanı satıb xurma alıb verməyəcək ki. Ya da pulunu verəcək.
Ətə, bala, qara kürüyə imkanı çatan varlı şəxsin kasıba bayram günü 2 kq buğda verməsi gülünc olar. Fitrəni elə vermək lazımdır ki, verilən insanın qüruruna toxunmasın. Yəni onu xar etməyəsən. Adam var ki, qüruruna sığışdırmır. Kasıblıq eyib deyil, Peyğəmbər buyurur ki, fəqirlik fəxrimdir. O da kasıb olub, elə gün olub yeməyə bir xurma da tapmayıb, günlərlə ac qalmaqdan qəddi əyilməsin deyə qarnına daş bağlayıb. Ona görə də heç vaxt kasıbı, fəqiri alçaltmayıb. Edilən yaxşılıq başqalarını da bu işə təşviq etmək üçün edilirsə, bu, qeyrilərinə də nümunə olar. Ancaq özünü reklam etmək, göstəriş üçün edilsə, bu, artıq riyadır və dinimiz bunu qəbul etmir. Fitrə zəkatı indiki hesabla, dövrümüzün sosial vəziyyətinə görə adambaşına 5-15 manat arası ola bilər. İstəyən, imkanı olan təbii ki, adam başına 50 manatlıq da fitrə verər. Onun savabı daha çox olar. Ərzaqların kateqoriyalara ayrılması insanları çaşdırmamalıdır. Bəzən arpa, buğda, xurma, kişmiş deyirlər, möminlər də çaş-baş qalır ki, axı bunların qiyməti eyni deyil, necə edək? Ona görə bir daha xatırladım, bu kateqoriyalar, təsniflər ona görədir ki, kimin nümunə verilən bu və ya başqa halal ərzaqlardan hansına, hansının dəyərinə aid məbləğə gücü çatarsa elə ondan da, o qədər də versin. Problem budur ki, məlumat verənlər dininizim hökmünü düzgün, aydın şərh etmirlər. Fitrəni ancaq pulla ölçmək düz deyil. Kimin hansı ərzağa gücü çatsa, ondan versin, ya da onun məbləğini versin".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024