Sosial (8-04-2024, 23:13)
Qara əməlli general ağ “Range Rover”lə meydan sulayır
"Artıq son 2-3 ildir ki, “Tərtər işi” çərçivəsində hərbçilərimizi qeyri-insani işgəncələrə məruz
qoyan, bu işgəncələrə göz yuman, hərəkət və ya hərəkətsizliyindən əsgər və zabitlərimizin
ölümünə səbəb olan şəxslərin müəyyən edilərək cəzalandırlması istiqamətində mühüm işlər
görülməkdədir. Bu barədə dia-az.info-ya göndərilən məqalədə deyilir. Məqalə müəllifi yazır:
"Artıq bir neçə şəxs müqəssir kimi məhkəmə qərarı ilə məsuliyyətə cəlb edilib ki,
bu da haqqın, ədalətin bərpası baxımından təqdirəlayiqdir. Ancaq təəssüflər olsun ki, bu gün də
adı Tərtər işində hallansa da bugünə qədər məsuliyyətdən kənarda qalan, məhkəmələrdə yalnız
şahid kimi ifadə verən şəxslər də var. Bunlardan biri də general Rasim Əliyevdir.
Tərtər hadisləri zamanı Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinə
rəhbərlik etmiş Rasim Əliyev hərbçilərimizə qarşı baş verən haqsızlıqlara etiraz etməmiş, baş
verənləri sadəcə seyr etmişdir. Onun hərəkətsizliyi, iradəsizliyi səbəbindən baş verən
qanunsuzluqlar haqqında ali hərbi rəhbərliyə məlumat verilməmiş, işgəncələrin qarşısını almaq
üçün gərəkli tədbirlər görülməmişdir. Baxmayaraq ki, şahidi olduğu, məlumatlı olduğu hadisələr
haqqında bütün əlaqədar şəxs və instansiyalar məlumatlandırmaq general Rasim Əliyevin
bilavasitə vəzifəsi idi. Ancaq Rasim Əliyev qanunun deyil, öz şəxsi kariyerasının keşiyində
dayandığı üçün susmağa üstünlük verdi. Halbuki, Rasim Əliyen baş verənlərə etiraz əlaməti
olaraq ən azından istefa verə, bu qanunsuzluqlara ortaq olmaq istəmədiyini bu cür göstərə
bilərdi. Ancaq bunların heç biri baş vermədi. Əksinə, Rasim Əliyev təqaüdə göndərilənə qədər
öz kreslosunu əldən vermədi.
Bu gün Tərtər işindəki fəaliyyətsizliyinə, iradəsizliyinə, öz vəzifəsinin öhdəsindən lazımınca
gələ bilmədiyinə görə cavab verməli olan Rasim əliyev heç nə olmamış kimi ortalıqda
dolaşmaqdadır. Hazırda qara əməlli general ağ “Range Rover”lə meydan sulamaqda, həlak olan
hərbçilərin ailələrinə öz var-dövləti ilə göz dağı verməkdədir. Qulluq mövqeyindən istifadə
edərək milyonlar qazanan general bu gün böyük biznes imperiyasına, nəhəng torpaq sahələrinə
malikdir. Heç kim ondan bunca sərvətə necə, hansı yolla sahib olduğunu soruşmur.
Ümid edirik ki, hüquq-mühafizə orqanları ortalıqda aydan arı, sudan duru kimi dolaşan Rasim
Əliyevlə bağlı lazımi hüquqi araşdırmalar həyata keçirəcək, onun barəsində də lazimi tədbirlər
görəcəkdir. Bu, həm qanunun, həmd ə ədalətin tələbinin yerinə yetirilməsi baxımından vacibdir".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024