Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (2-04-2024, 14:18)
Qazi Abdin Fərzəliyevin qəbuluna düşə bilmədiyini deyir

 Abşeron rayon sakini, Vətən müharibəsi qazisi İlqar Cahangirov Abşeron Rayon İcra Hakimiyyəti vəzifəlilərinin onu qəbul etmədiklərini bildirir.
Yeniavaz.com-a müraciət edən İ. Cahangirov deyir ki, qurumun Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Kərim Kərimov onun zənglərinə cavab vermir:
“Dəfələrlə müraciət etsəm də, dəfələrlə zəng etsəm də bu günə qədər nə məni qəbul edib nə də müraciətlərimə cavab verib. Cənab Prezident deyir ki, məmurlar xalqın xidmətçisidir, lakin Abdin Fərzəliyev və Kərim Kərimov kimi məmurlar özünü Abşeron rayonunun ağası, xanı kimi aparırlar”.

Vətən müharibəsi qazisi iddia edir ki, Kərim Kərimov ona rüşvət təklif edib:
“Bildirib ki, bunu Abdin müəllim göndərib. Belə ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bu cür paketlərlə kimlərisə ələ alır və həmin paket alan qazilər də həmişə onu müdafiə edir”.
İ. Cahangirov deyir ki, Abdin Fərzəliyevin müavini Gülnar Rəhimovanın 29 sentyabr 2023-cü il tarixində ona göndərdiyi məktubu 4 ay sonra ala bilib:
“Həmin məktubda qeyd edilir ki, həm səyyar, həm də həftə içi qəbullar olur. 2023-cü ilin mart ayından aprel ayının 7-nə qədər mən Abdin Fərzəliyevin qəbuluna düşə bilməmişəm və hər dəfə onun müavinləri məni ələ salaraq göndəriblər. Səyyar qəbula isə yalnız yerli icra nümayəndəsinin və bələdiyyənin əvvəlcədən çağırdığı şəxslər salınır”.
 



Qazi Ombudsmanın Aparatına etdiyi müraciətlərin də cavabsız qaldığını deyir:
“Dəfələrlə müraciət edərək bildirmişəm ki, Abşeron RİH-nin başçısı Abdin Fərzəliyev sizə yalan məlumatlar verərək guya mənə çox sayda yardım edildiyini bildirir. Lakin həmin göstərilən yardımlardan yalnız ikisi mənə edilib. Belə ki, 800 manat pulu hesabımdan çıxarıb saxlamışam Abdin Fərzəliyevin özünə qaytarmaq üçün. Məni qəbul etmədiyi üçün mən həmin puldan imtina etsəm də, pulu mənim hesabıma köçürüblər. Sizdən xahiş edirəm ki, pulu məndən qəbul edib Abdin Fərzəliyevin özünə qaytarasınız. Səbəb isə odur ki, Abdin Fərzəliyev mənə edilən həmin iki yardımı əlində əsas tutub mənim heç bir müraciətimə baxmır. Belə məlum olur ki, Ombudsmanın Aparatı Abdin Fərzəliyevin təsiri altına düşüb və mənim bu günə qədər etdiyim müraciətləri obyektiv olaraq araşdırmır”.
 

Məsələ ilə bağlı Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, İlqar Cahangirov rayon ərazisində keçirilən dövlət əhəmiyyətli tədbirlərə RİH başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və digər səlahiyyətli nümayəndələr ilə birlikdə dəvət olunub, bir neçə dəfə RİH-in inzibati binasında başçı və digər rəhbər şəxslər tərəfindən qəbul olunub:
“Rayonun digər qazilərinə olduğu kimi, İlqar Cahangirov da mütəmadi olaraq diqqət, qayğı ilə əhatə olunub, ona maddi, eləcə də digər yardımlar edilib. O, Abşeron RİH tərəfindən bayram günlərində bayram sovqatı ilə təmin edilib, məişət avadanlığı, təhsil haqqının ödənilməsi kimi yardımlar edilib. 17 avqust 2023-cü il tarixində RİH-in inzibati binasında növbəti dəfə qəbula dəvət edilib, lakin qeyri-müəyyən səbəblərə görə imtina edib və növbəti dəfə qəbula yazılmaq üçün müraciət etməyib. Növbəti qəbul üçün müraciət edəcəyi təqdirdə İ.Cahangirov bütün müharibə içştirakçıları kimi növbədənkənar qəbul olunacaq və qaldırdığı məsələyə baxılıb qanunvericiliyə uyğun olaraq lazimi tədbirlər görüləcək”.
Ombudsman Aparatına ünvanladığımız sorğu bu günə qədər cavablandırılmayıbшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024