Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (28-03-2024, 20:00)
Restoranlarda azan səsləndirilə bilərmi? - Araşdırma

 5 restoran – "Fisincan”, "Firuzə”, "Riverbaku”, "Mado”, "Boranı” restoranları arasında keçirdiyimiz sorğu zamanı məlum oldu ki, onlardan yalnız "Boranı” restoranında iftar vaxtı azan səsləndirilir.
 
Bununla yanaşı "Boranı” restoranı iftar zamanı içki süfrəsi qurulmadığını, digərləri -  "Fisincan”, "Firuzə”,  "Mado” restoranları isə iftar süfrəsi ilə yanaşı içki içənlərə də xidmət göstərildiyini bildirib. "Riverbaku” restoranı isə müştərilər üçün Ramazana özəl xüsusi menyu hazırlanmadığını, müştərilərə sərbəst menyu təklif edildiyini qeyd edib.
 
Bəs restoranlarda azan səsləndirilə bilərmi?
 
Adının anonim qalmasını istəyən müsəlman hesab edir ki, dindar olan hər bir şəxsin telefonlarında azan səsi səslənən proqramlar var və restoranlarda azanın verilməsinə ehtiyac yoxdur.

"Əgər restoranda əvvəlcə içki məclisi olub, indi də azan qoşurlarsa, bu doğru deyil. Yox əgər həmişə azan qoşulubsa, bu problem deyil. Namaz qılan, oruc tutan hər bir şəxsin hazırda telefonlarında azan səsi verən proqramlar var. Azan səsinin buna görə, restoranlarda səsləndirlməsinə ehtiyac yoxdur”, - o qeyd edib.
 
Adının anonim qalmasını istəyən ateist bildirir ki, ictimai iaşə obyektlərində, insanların çox toplaşdığı ərazilərdə öncədən xəbərdarlıq edilmədən azan səsinin verilməsi yanlışdır.
 
"Ümumiyyətlə bir qrup insana xas ayinlərin, musiqilərin, adətlərin bütün insanların olduğu yerlərdə keçirilməsinin əleyhinəyəm. Buna xüsusi səsucaldanlarla verilən Azan səsi də daxildir. Nə olsun ki, Azərbaycanda İslam dininə sitayiş edənlər çoxdur? Bunlar digər dinləri məhdudlaşdırır. Çünki, Azərbaycanda görünən odur ki, İslam dininə hörmət edən daha çoxdur, nəyinki digər dinlər. Bu aspektdən baxanda Ramazanda restoranlarda azan səsinin verilməsi mübahisə yarada bilər. Əgər restoran sosial şəbəkə hesablarında əvvəlcədən belə bir şeyi elan etməyib, qapısında bildiriş asmayıbsa, iftar vaxtı azan səsi veriləcək bu zaman onun verilməsi yalnışdır. Mən ateistəm və oruc tutmuram, restorana üz tuturam burada azan səsini eşidirəmsə, restoran sahibinə şikayət edə bilərəm. Çünki bura ictimai iaşə obyektidir. Xəbərdarlıq olmadan bu şəkildə bunun edilməsi, şəxsən özümə qarşı hörmətsizlik kimi hesab edərəm. Əgər elan verilibsə, mən ora keçməyəcəm, eyni zamanda azan səsini eşitmək istəməyənlər də ora girməyəcək. İctimai iaşə obyekti olsa da, azad bazar iqtisadiyyatıdır, onlar bu formada seçim edir, deyib, başa düşərəm. Ümumilikdə isə bu məsələ elə tənzimlənməlidir ki, heç bir qrupun haqqı tapdalanmasın. Mən demirəm ki, azan səsi ilə yanaşı kilsə zəngi verilsin. Mən tərəfdarıyam ki, bir mənalı olaraq bunların heç biri olmasın. Hansısa etiqada xas dini ayinlərin ictimai yerlərdə keçirilməsini düzgün hesab etmirəm. Belə şey var ki, Ramazan ayıdır deyə, insanlara müəyyən vaxtda güzəşt edilməlidir. Mən bununla razı deyiləm. İnsanların dini özünə xasdır. Onda mən də ateistəm, deistəm deyə gedim məscidləri daşlayım? Xristanam deyə hər yerə xaç asım ki, mənim dini etiqad azadlığım var? Buna icazə verilməyəcək. Eyni şey müsəlmanlar üçün də keçərlidir. İnsanlar istədiyi yerdə rahat şəkildə azan səsini açmamalıdır. Bu təbii ki, ictimai iaşə yerlərində,çox insanın toplaşdığı yerdə edilməsi mənə görə tərbiyəsizlikdir”, - atesit vurğulayıb.
 
İlahiyyatçı Fazil Əhmədli hesab edir ki, restoranlarda azanın səsləndirilməsi reklam xarakteri daşıyır.
 
"Ümumiyyətlə azan oxunması dinin şüarlarından biridir. Məscidlərdən əlavə restoranlarda da azan verilməsi bir qədər reklam xarakterlidir. Ora gələrək orucunu açanlar var ki, azan verərək onları daha çox cəlb etmək istəyirlər. Bu onlara xoş gəlsin deyə atılmış addımdır. Bura oruc tutmayan şəxslər də gəlir. Bu başqa insanların inciməsinə, onlara menəçiliyə səbəb olarsa və başqalarını bunu dinləməyə məcbur etmək doğru deyil. İnsan Quranı belə məcburən başqasına dinlətdirə bilməz. Bəzi restoranla var ki, onlar Ramazanda içki vermirlər, hətta bunu da reklam edirlər.  Yalnız iftar edənlərə xidmət göstərirlər. Əgər bir restoranda içki verilir, menyusunda içki var və eyni zamanda azan verilirsə, bu hardasa, uyğunsuzluqdur”, - o bildirib.  
 
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə hesab edir ki, öncədən içki məclisi qurulmuş yerlərdə Quran ayinlərinin yerinə yetirilməsi düzgün deyil.
 
"Dini mərasim və ayinlərin icra edilməsi üçün mərasim yerləri var. İnsanların hər hansı ayinləri icra etmək istəməsi təqdirəlayiqdir. Məhz Qurana hörmət üçün bunları icra edənlər həmin mərasimə üz tutacaqsa, bu aidiyyatı yerdə keçirilsə, daha yaxşı olar. Ümumiyyətlə isə hər hansı bir məkanda bir gün öncədən müəyyən şənliklər keçirilib, içki məclisi qurulubsa, burada Qurana hörmət naminə ayinlərin yerinə yetirilməsi müəyyən qədər doğru deyil”, - deputat söyləyib.
 
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov hesab edir ki, restoranlarda azan səsinin verilməsində siyasi məna axtarmağa ehtiyac yoxdur.
 
"Ümumiyyətlə Ramazan ayı niyə görə İranın adı ilə eyniləşdirilməlidir? Dünyada 57 müsəlman dövləti və ölkəsi var. Dünyada müsəlmanların sayı 1 milyard 900 milyon nəfərdir. Nəzərə alsaq ki, dünyada müsəlman dövlətləri və müsəlman ölkələri var. Bir çox müsəlman ölkələri var ki, onlar öz dini əqidəsi nöqteyi-nəzərdən müsəlmandırlar, lakin din və dövlət bir-birindən ayrıdır. Biz dünyəvi, demokratik dövlətik. Bizdə insanların dini azadlığı var. Kimi oruc tutur, kimi də tutmur. Kimsə bunu qadağan etmir. Ramazan ayıdır azan səsinin gəlməsini spesikulasiya etməyə dəyməz. Bizim ölkədə məscidlər hər zaman azan da verir. Burada siyasi məna axtarmaq doğru deyil”, - deputat söyləyib.
 
Onun sözlərinə görə, restoranlarda azan səsinin verilməsi kimlərəsə gəlir gətirmək məqsədir kəsb edir.
 
"Bütövlükdə azan səsinin məsciddən gəlməsinə öyrəşmişik. Restoranlardan azan səsinin gəlməsi praktikasına rast gəlməmişəm. Azan səsi elə məsciddən gəlsə, yaxşıdır. Restoranlarda azan səsinin verilməsinin isə tərəfdarı deyiləm. Çünki bəzi adamlar restoranlarda oruclarını açırlar, bəziləri-oruc tutmayan şəxslər də cürbəcür içkilər qəbul edirlər. Spirtli içkilər içənlər də həmin anda azan səsi alırlar, bunlar bu məsələlərdə uyğunsuzluq yaradır. Azan səsi elə məscidlərdən, minarələrdən gəlməlidir. Azanın restoranda səslənməsi kimlərəsə gəlir gətirmək məqsədi kəsb edir, bu dinin təbliği anlamına gəlmir. Hər şey öz yerində gözəldir, buna görə mən bunun əleyhinəyəm”, - Nəsirli əlavə edib.
 
İqtisadçı Natiq Cəfərli hesab edir ki, restoranlarda azan səsinin verilməsi müştəriləri narahat etmirsə səslənməsi problem deyil.
 
"Restoranlarda azanın verilməsini qadağan edən hər hansı qadağa yoxdur. Bu qanunla tənzimlənən sahə deyil. Müştərilərin bundan hər hansı narazılığı olsaydı, verilməzdir. Yəqin ki, müştərilər bundan razıdır, onları qane edir deyə bu addıma əl atıblar. Bu əgər müştəri məmnuniyyətinə uyğundursa, niyə də olmasın? Eyni zamanda restoranlarda menyu qiymətlərinin müəyyənləşdirməklə bağlı hər hansı qanun yoxdur. Bu bazarla əlaqədardır. Tələbat var ki, qiymət yüksəkdir. Ramazanın fəlsəfəsi o deyil ki, hər kəs restoranlarda oruc açılsın, evində də orucunu aça bilərsən. Ora gedirlərsə, demək imkanı var ki, gedir və restoranlar da buna görə qiymət qoyurlar”, - iqtisadçı deyib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024