Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (14-03-2024, 11:56)
Vasif Talıbov özü taxtdan salınsa da, qohum-əqrəbası vəzifədədir... - SİYAHI

 


Naxçıvanın keçmiş ‘’’xanı’’ Vasif Talıbovun,qardaşlarının,oğlanlarının haqsızlıqlarından və ədalətsizliklərindən bir kitab söz yazmaq olar.Təbii ki,bunların çoxu mətbuatda yazılıb,amma bəzi mövzulara hələ də,toxunan yoxdur.Yəni ki,biri yüksək postdan alınırsa,deməli fəaliyyəti dövründə ciddi nöqsanlara yol verib.Ona görə də,həmin məmur görəvdən alınarkən mühüm postlara təyin etdirdikləri qohum-əqrəbaları və yaxın adamları təmizlənməlidir.Məsələn Vasif Talıbovun özü....
Oğlu Rza Talıbov.Miqrasiya xidmətində mühüm post tutur.Mətbuatda yazılanlara görə,vətəndaşları oteldə qəbul edir.Təkcə bu fakt hər şeyi açıq-aydın ifadə edir.
Qardaşı İlqar Talıbovun oğlu Əbülfəz Talıbov. İdarəçilik Akademiyasında prorektor vəzifəsini tutur.Hələ də,əmisi Vasif Talıbovun hesabına qılıncının dalı da kəsir,qabağı da...

Vasif Talıbov özü taxtdan salınsa da, qohum-əqrəbası vəzifədədir...
Şəkildə- Prorektor Əbülfəz Talıbov(Vasif Talıbovun qardaşı oğlu)

İndi isə gəlin,Əbülfəz Talıbovun qoçuluq edən qardaşlarının mətbuatda gedən hərəkətlərinə nəzər salaq:

Maraqlıdır ki, özünü Naxçıvanın sultanı kimi aparan Vasif Talıbov xanədanının da “şamar oğlanları” var. Üstəlik, təkcə Vasif Talıbovun gül balalarının yox, həm də onun qardaşı uşaqlarının. Onlar şahzadələrə pul qazandırmaqla kifayətlənmir, bəzən ağalarının əvəzinə borc qaytarır və ya həbsxanaya salınırlar.

Qurbanov Zaur adlı Naxçıvan sakini də Vasif Talıbovun qardaşı (İlqar Talıbov) oğlu Vüqarın “şamar oğlanı” olub. İddiasına görə, 2014-cü ildə özünə bir maşın alaraq bu vəzifəyə gətirilib. Ayda 500 manat maaş alıb, cəmi bir ildən sonra isə Vüqar Talıbovun cinayətlərini öz boynuna götürüb, evini-eşiyini, dayısının, əmisinin əmlakları ilə bərabər anasının, bacısının qızıl əşyalarını da sataraq, ağasının 200 min manat borcunu qaytarıb. Ən dəhşətlisi isə budur ki, ona öz “borcunu qaytarmaq” üçün 14 gün sərasər işgəncələr verilib. İşgəncə verən isə başqası yox, ağasının Naxçıvan MR Prokurorluğunda müstəntiq işləyən qardaşı Vüsal Talıbov olub.

Gəlin, bu ağlasığmaz hadisələrin bu və digər detallarını “şamar oğlunun” öz dilindən eşidək:

“Məlumat üçün bildirirəm ki, mən Qurbanov Zaur 2012-ci ildə taksi fəaliyyəti göstərmək üçün Vüqar Talıbova məxsus avtomobili icarəyə götürdüm.

Taksi fəaliyyətilə məşğul olub ailəmi dolandırırdım. 2014-cü ildə Vüqar Talıbov maşını satmaq qərarına gəlir və maşını satır. Mənə bildirdi ki, “2 il ərzində mənim etibarımı qazandın, özünə maşın al, mənim şəxsi işlərimi gör. Aylıq əmək haqqın 500 manat olacaqdır”. Mən də təklifi qəbul edib özümə avtomobil alıb həmin vaxtdan Vüqar Talıbovun şəxsi işlərini görməyə başladım.

Vasif Talıbov özü taxtdan salınsa da, qohum-əqrəbası vəzifədədir...
Şəkildə: Vüqar Talıbov

Qeyd edim ki, həmin vaxt Vüqar Talıbov Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polis İdarəsində qeydiyyat şöbəsində baş leytenant rütbəsində xidmət edirdi. Bildirirəm ki, həmin vaxt taksilər göy qeydiyyat nişanı ilə fəaliyyət göstərirdi. Vüqar Talıbov göy nömrələrin satılması üçün razılaşdığı vətəndaşlardan pulların yığılmasını mənə tapşırdı. Mən də işimi icra edib onun razılaşdığı vətəndaşlardan müvafiq məbləğdə pulları alıb Vüqar Talıbova çatdırdım.

2015-ci ildə Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri Əhməd Əhmədovun əmri ilə Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polis İdarəsində olan göy qeydiyyat nişanı nömrələr Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinə təhvil verildi. Vüqar Talıbova xəbər çatan kimi mənə zəng edib təcili “göl kafe”nin yanına gəlməyimi dedi. Mənə bildirdi ki, 200000 manat nömrələrdən pul yığılıb, lakin nömrələr əlimdən çıxıb. Mənim əmim Vasif Talıbovun adına ləkə gəlməsin deyə pulları mənimsədiyini sən boynuna götür, narahat olma evimi 800000 manata istəyirlər onu satıb səni vəziyyətdən çıxaracam. Mənə bərk-bərk tapşırdı ki, mənim adım hallanmasın. sənin işinə qardaşım Vüsal Talıbov (qeyd edim ki, Naxçıvan şəhər Prokurorluğunda baş müstəntiq idi) baxacaq. Mən də əmin oldum ki, bunlar sözü bütöv insanlardır.

Pulları alınan vətəndaşlar şikayətə gedəndə məni Prokurorluğa çağırdılar. Vüsal Talıbov mənə sual verdi ki pulları sən almısan? Mən də cavab verdim ki, bəli. Vüsal Talıbov bildirdi ki, sənə 1 saat vaxt verirəm get, pulları gətir. Mən də təbii ki, 1 saata pulu tapıb gətirə bilmədim. Məni Naxçıvan şəhər Polis İdarəsinə gətirdilər. Polis İdarəsində 2 gün qalandan sonra məni yenidən Prokurorluğa gətirdilər. Həmin vaxt Vüqar Talıbov da orda idi. Vüsal Talıbov mənə sual verdi ki, pulları Vüqar Talıbova vermisən? Məndə cavab verdim ki, xeyr. Ondan sonra Vüqar Talıbov və yanındakı tanımadığım 1 şəxs məni döyməyə başladılar. Elə döydülər ki, özümdən getdim, daha sonra ayıldım ki, Naxçıvan şəhər Polis İdarəsindəyəm.

Vasif Talıbov özü taxtdan salınsa da, qohum-əqrəbası vəzifədədir...
Şəkildə: Qurbanov Zaur (Vüqarın şamar qardaşı)

Səhəri gün yenidən məni Prokurorluğa apardılar. Vüsal Talıbov məni ailəm və övladlarımla hədələdi. Özləri yazdığı izahata mənə zorla qol çəkdirdilər. Vüsal Talıbov mənə bildirdi ki, “nə mal mülkün var, hamısını satıb vətəndaşların pulları qaytar. Naxçıvan Muxtar Respublikasında hamı bizi tanıyır. Bizim pulumuza nə gəlib ki vətəndaşların pulun alıb qaytarmayaq”.

Məni 14 gün ağır işgəncələrlə Naxçıvan şəhər Polis İdarəsində saxladılar. Bunu da deyim ki, mən şəhər Polis İdarəsində yox, tez-tez aparıldığım Prokurorluqda şəxsən Vüsal Talıbov tərəfindən döyülüb işgəncələrə məruz qalırdım.

14 gündən sonra məndən 1100 manat aldılar ki, səni zaminliyə buraxırıq, get, pulları tap, gətir. Ondan sonra Naxçıvan şəhəri Sabir küçəsi 73 ünvanında yerləşən baba həyətimdəki 2 mərtəbəli evimi, avtomobilimi, qardaşıma məxsus Naxçıvan şəhər Əliabad qəsəbəsində yerləşən 2 otaqlı evini, atama məxsus Naxçıvan şəhər Əliabad qəsəbəsində yerləşən 3otaqlı evi, dayıma məxsus avtomobili, əmim oğluna məxsus avtomobili, qaynatama məxsus avtomobili öz istədikləri qiymətə satdırıb pulları məndən aldılar. Bundan sona yoldaşımın, anamın, bacımın, qaynanamın qızıl zinyət əşyaların satıb pulları bunlara verdim.

Sonda Vüsal Talıbov məni yanına çağırıb dedi ki, əgər bu söhbəti hardansa kimdənsə eşitsək səni məhv edərik. Bundan əlavə, məni ailəmlə, uşaqlarımla təhdid etdilər. Naxçıvan şəhər Prokuroru Elsevər müəllim mənə bildirdi ki, birdən bilmərsən, Vüsal Talıbova yaxınlaşıb nəsə diyərsən, mənim də bunlara gücüm çatmaz. Get, işinlə məşğul ol.

Bir neçə gündən sora atam və anam Ali Məclisə şikayətə getsə də, qapıdan içəri qoymadılar. Atam və anam ürək xəstəliyinə tutuldular. Hal-hazırda Naxçıvan şəhərində kirayədə qalıram, ailə vəziyyətim çox pisdir. Xahiş edirəm ki, bu məsələlərin araşdırılması və hüquqi qiymət verilməsi üçün mənə köməklik göstərəsiniz.
Bu sadəcə vətəndaşın müraciətidir.Bilirsinizmi necə ağır məsələdir.Bunlar etdikləri ağalığı da,ötüb keçirmiş.Amma hələ də,bunlar haqqında tədbir görən yoxdur.

Bir müddət öncə,jurnalist Həbib Müntəzir Vasif Talıbovun vəzifədə olan qohumlarını siyahısını yayıb.
Siyahı belədir:
- Naxçıvanın baş prokurorunun birinci müavini, Korrupsiyaya qarşı Baş İdarənin rəisi Məhərrəm Talıbov - Vasif Talıbovun qardaşı;
- Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi - Rza Vasif oğlu Talıbov - Vasif Talıbovun böyük oğlu;
- Naxçıvan Ali Məclisin deputatı, Naxçıvan Dövlәt Universitetinin prorektoru Seymur Vasif oğlu Talıbov - Vasif Talıbovun kiçik oğlu;
-“Naxçıvanbank”ın Müşahidə Şurasının üzvü Baharxanım Vasif qızı Talıbova - Vasif Talıbovun qızı;
- Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəhbər vəzifəli şəxsi, polis mayoru Salmanov İbrahim Ədalət oğlu - Vasif Talıbovun kürəkəni;
- Naxçıvan Təcili Tibbi Yardım Mərkəzinin baş həkimi, ""Tərəqqi" medallı Ədalət İbrahim oğlu Salmanov - Vasif Talıbovun qudası;
- Naxçıvanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş general-mayor Səxavət Salmanov - Vasif Talıbovun qudasının qardaşı;
- Naxçıvanın daxili işlər naziri olmuş general-leytenant Fazil Nəriman oğlu Ələkbərov - Vasif Talıbovun qudası olub;
- Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi (Neftbaza), 33 saylı Naxçıvan şəhər Seçki Dairəsinin deputatı Əzimov Behruz Nurəddin oğlu - Vasif Talıbovun digər qudası;
- Naxçıvan Şəhər Gömrük İdarəsinin rəis müavini Fəxrəddin Aslanov - Vasif Talıbovun bacısının əri;
- Naxçıvan Gömrük Komitəsinin sədr müavini Səbuhi Məhərrəm oğlu Novruzov - Vasif Talıbovun bacısının əri, yəni yeznəsi;
- DSMF-in Abşeron rayon şöbəsinin müdiri Məhərrəm Novruzov, yeznəsinin qardaşı;
- Naxçıvanın Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı Şöbəsinin (ZAQS) rəhbəri Sənufər Soltanova Vasif Talıbovun qaynanası.

Təbii ki,bunların çoxu vəzifəsindən azad olunub.Amma ki,hələ də vəzifədə olub,Vasif Talıbovun hesabına kresloda oturub,onun əmrlərini yerinə yetirənlər var.Bu da,çox ciddi təhlükədir.
Araşdırmamız davam edir.

azsabah.info
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024