Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (11-03-2024, 22:20)
Fuad Rzayevin çin olan arzuları və xeyir-dua gözləyən təklifləri

 



  MİLLİ QƏHRƏMAN ALLAHVERDİ BAĞIROVU XATIRLAYARKƏN...
 
Milli Qəhrəman Allahverdi Bağırov haqqında xatirələrini Mediatv.az” saytının oxucuları ilə bölüşən iş adamı, 2018-ci ilə qədər “Mosoblstroy” ASC-nin baş direktoru olmuş Fuad Rzayev Bakıda dünyaya göz açsa da, çoxlu ağdamlı dostları var. Moskvada yaşayan biznesmen və xeyriyyəçi Fuad Rzayev Birinci Qarabağ savaşında qeyrətinə tapınıb Allahverdi Bağırovun və şəhid qardaşı Eldar Bağırovun yaratdıqları 845-ci Ağdam batalyonunun  illik maddi təminatını öz üzərinə götürübmüş. İnformasiya mənbələrində, internet resurslarında Allahverdi Bağırovun Fuad Rzayevlə söhbətlərini, əsgərlər qarşısında çıxışlarında Fuad Rzayevin o vaxt yeni yaratdığı “Qaraqaya” MMC-nin təchizata dəstəyinin əhəmiyyətini vurğuladığı video-kadrlar mövcuddur.Fuad Rzayev o vaxtlar, dəfələrlə Şuşa,Ağdam və digər cəbhə bölgələrində olmuş,xidmət aparan əsgər və zabitlərin sosial problemlərini öyrənmiş və maddi problemlərin həllini öz şəxsi vəsaiti hesabına həyata keçirmişdir.
 



Şükürlər olsun ki, 2020-ci ilin  payızında baş vermiş 44 günlük Vətən müharibəsi düşmən üzərində şanlı qələbəmizlə nəticələndi, ötən il sentyabr ayında 1 günlük antiterror əməliyyatı nəticəsində isə separatçıların son sığınacağı Xankəndi azad edildi. Torpaqlarımızın tam olaraq geri qaytarılması ilə birgə bütün şəhidlərimizin, eləcə də Bağırov qardaşlarının qanı alındı. Fuad Rzayev Allahverdi Bağırovun işıqlı xatirəsini həmişə qəlbinin ən isti guşəsində yaşadır.O, Moskvada dəfələrlə Allahverdi Bağırovun anım tədbirini keçirmişdir. 2021-ci ildə Qarabağ Qaziləri İctimai Birliyi Fuad Rzayevi Milli Qəhrəman Allahverdi Bağırovun anım gününün təşikili işinə verdiyi dəstəyə görə fəxri fərmana layiq görmüşdür.
 

Sözsüz ki, müzəffər Azərbaycan Ordusunun qələbələrinin memarı Ali Baş Komandan İlham Əliyevdir. Az öncə Fuad Rzayev ölkə başçısını 7 fevral– 2024-cü il növbədənkənar prezident seçkilərində seçicilərin böyük əksəriyyətinin səsini toplamaqla qalib gəlməsi münasibətilə təbrik etmiş və həmin təbriknamənin mətni “Mediatv.az” saytında dərc olunmuşdu.
Azərbaycanın Cənubi Qafqazın şəksiz iqtisadi liderinə çevrilməsi, eyni zamanda Azərbaycan və Rusiyanın davamlı səylərlə bütün sahələrdə ikitərəfli əməkdaşlığının daha da inkişaf etməsi vurğulanmışdır. Müraciət müəllifi özünün Rusiyada Azərbaycan dövlətinin, onun başçısının müdrik siyasətinə arxalanaraq ölkəmizi layiqli şəkildə təbliğ etdiyini qeyd etmiş, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qarşıdakı illərdə inkişafının daha da güclənəcəyinə inam ifadə etmişdir.
Fuad Rzayev Azərbaycan incəsənətinin də inkişafı üçün diqqətəlayiq köməklik göstərmişdir. Belə ki, Azərbaycan kinosunun müstəqilliyimizin ilk çətin illərində tənəzzülə uğradığını gördüyü üçün “Bəxt üzüyü” filminin tək və tam sponsoru olmuş, həm də yaradıcılıq fəaliyyətində iştirak etmişdir. Bu nüansları o, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun təhsilimizin və mədəniyyətimizin böyük qayğıkeşi  Mehriban xanım Əliyevaya ünvanladığı müraciətnamədə qeyd etmişdir.
 


Yeri gəlmişkən, fəal vətəndaşlıq mövqeyinə malik ziyalı olan Fuad Rzayev ölkəmizi təbliğ edərkən bəzən təpkilərə də məruz qalmış, xarici havadarlarına sığınan söyüş müxalifətinin hədəfinə çevrilmiş, lakin bununla belə haqq işini uğurla davam etdirmişdir. Mühüm bir detalı yada salaq ki, Fuad Rzayev Birinci Vitse-Prezidentə yazdığı müraciətnamədə Azərbaycan Beynəlxalq Universitetinin rektoru, törətdiuyi cinayətlərin məsuliyyətindən yayınaraq ermənipərəst Fransaya sığınmış Elşad Abdullayevin aldatdığı minlərlə tələbənin pulları hesabına inşa etdirdiyi ABU-nun Moskva filialının Azərbaycan dövlətinin mülkiyyətinə keçirilməsi təklifini irəli sürüb və bunu mümkünlüyünü əsaslandırıb: “ABU-nun Moskva filialının inşası təqribən 10 milyon dollara başa gəlib. Rusiyada təhsil ocağı tikmək üçün deklarasiya tələb edildiyini nəzərə alsaq, binanın Elşad Abdullayevin şəxsi vəsaiti hesabına tikilməsi istisnadır. O baxımdan, Elşad Abdullayev müvafiq deklarasiyanı doldurarkən 3 il ərzində xərclənən pulu Təhsil Nazirliyinin vəsaiti kimi təqdim edib... Xahiş edirəm, bu əmlakın Azərbaycan insanının halalı olduğunu bilərək, bu vəsaiti Vətənimizə qaytarmağa kömək edəsiniz!”
Son olaraq qeyd edək ki, Fuad Rzayev hal-hazırda Moskva şəhərində hüquq şirkətinin prezidentidir və həmişəki kimi Rusiyadakı Azərbaycan diasporu ilə sıx əlaqədədir İnanırıq ki, qeyrətli soydaşımız Azərbaycan həqiqətlərinin təbliği, ölkəmizin haqq işi naminə hələ çox uğurlu səylər göstərəcək. Axı döyüş meydanında müharibə qurtarsa da, informasiya cəbhəsində, hüquq müstəvisində savaşımız davam etməkdədir.

      Mediatv.az
шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024