Sosial (2-02-2024, 21:43)
"EuroHome"un sahibi və qardaşı ilə bağlı növbəti məhkəmə iddiası
"Azsığorta" ASC tanınmış iş adamı Azay Möhnətov və onun oğlu Aqil Möhnətov, həmçinin "EuroHome" MMC-yə qarşı məhkəmə iddiasını davam etdirir.
Qaynarinfo-nun məlumatına görə, məhkəmə iddiası Bakı Apellyasiya Məhkəməsində qaldırılıb. İş hakim Vüsalə Baxışovanın icraatındadır.
Məhkəmə iddiası hüquqi şəxsin müflis olması işi ilə əlaqədar qaldırılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Kommersiya Məhkəməsində "Azsığorta” ASC-nin iddiasına baxılıb və iddia rədd edilib. ASC növbəti dəfə Bakı Apellyasiya Məhkəməsinə müraciət etməli olub.
Məlumat üçün bildirək ki, Azay Möhnətov "AF Holdinq” şirkətlər qrupunun prezidentidir. "EuroHome” inşaat materialları bazarı da Azay Möhnətova məxsusdur.
Onu da bildirək ki, Azay Möhnətov barəsində iddia qaldıran "Azsığorta” ASC-nin səhmlərinin 100%-nin Hikmət Əbuzər oğlu İsmayılova məxsus olduğu bildirilir. 2019-cu ildə və 2020-ci ildə bazarda iki böyük yanğın baş verib. Həmin vaxt bazardakı sahibkarların mallarının sığortası məsələsi də gündəmə gəlib.
Xatırladaq ki, mətbuatda "Azsığorta” ASC-nin səhmdarı Hikmət İsmayılovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağı olduğu qeyd edilir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024