Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (31-01-2024, 17:07)
Şeyxi öldürmək planı, Hacı Sabirin infarktı, Mərdanovun nurçularla işbirliyi - VİDEO

 

"BakuPost” TV-nin YouTube kanalında və sosial şəbəkə hesablarında jurnalist Niyaz Niftiyevin təqdimatında yayımlanan “45 dəqiqə 3-cü sektorda…” verilişinin növbəti qonağı "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, professor Rafiq Əliyev olub.


Bakupost.az xəbər verir ki, R.Əliyev müsahibəsində komitə sədri olduğu 2000-ci illərdə bir sıra İslam təriqətlərinin Azərbaycana axını, vəhabilərin icma halında məscidlərdə möhkəmlənmələri, dini təriqətlərə geniş azadlıq verilməsinin səbəbləri, nurçuların hakimiyyətin müxtəlif qollarında təmsil olunmaları və ölkənin təhsil sistemini ələ keçirmələri fonunda dövrün təhsil naziri Misir Mərdanovun onlara boyun əyməsi haqda suallara aydınlıq gətirib. O, söhbət zamanı eyni zamanda QMİ-Komitə mübarizəsi, QMİ sədrliyi uğrunda Hacı Sabir Həsənli – Şeyx Allahşükür Paşazadə savaşında naxçıvanlı məmur kontingentinin rolu, Hacı Sabirin iş otağında infarkt keçirməsi kimi bir çox məqamlara toxunub.



Müsahibədə həmçinin A.Paşazadə ilə söhbətindən sonra Komitəyə gələn xarici jurnalistin “Şeyxülsilamın Prezident olmaq şansı varmı?” kimi təxribatçı sualına R.Əliyevin sərt cavabı, Həcc ziyarətinin qiymətlərinin baha olması ilə bağlı ictimai narahatçılıqlara Heydər Əliyevin reaksiyası və digər maraqlı məsələlərə yer ayrılıb.


Veriliş növbəti həftənin birinci günü - fevralın 5-i saat 11:00-da “BakuPost”un YouTube kanalında yayımlanacaq.



BakuPost

Həmçinin izləyin:


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024