Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (31-01-2024, 13:20)
Bir daha nümunəvi polis əməkdaşlarının məmnunluq doğuran əməlləri barədə

 "Mediatv.az" xəbər portalı  fəaliyyəti dövründə ölkəmizin ictimai, siyasi, iqtisadi, sosial həyatında baş verən hadisələri işıqlandırmaqla yanaşı, Azərbaycan dövlətinin, dövlətçiliyinin əsas sütunlarından sayılan Daxili İşlər Orqanlarının ictimai asayişin təmin olunması, cinayətkarlığa qarşı mübarizəsi işinə də gərəkən informasiya dəstəyi verməyə çalışmış, respublikada daxili sabitliyin, əmin-amanlığın, vətəndaşların təhlükəsizliyinin, qanuni mənafelərinin qorunması sahəsində polisin müstəsna xidmətini təqdir etmiş, Daxili İşlər Nazirliyinə və onun yerlərdəki strukturlarına etibarlı tərəf müqabili kimi çıxış etmişdir.
“Mediatv.az” həmçinin, polisin ictimaiyyətlə əlaqələrinin genişləndirilməsi işinin səmərəli təşkili, polis-cəmiyyət, polis-vətəndaş münasibətlərinin etibarlı qurulması və hüquq qaydasının təmin olunmasında vətəndaşların könüllü köməyindən istifadə edilməsi məqsədilə həyata keçirilən tədbirləri də işıqlandırmışdır.
Əhəmiyyətli hesab etdiyimiz məsələlər sırasında vəzifəsindən, rütbəsindən asılı olmayaraq, xidmətində nümunəviliyi ilə seçilən daxili işlər orqanları əməkdaşlarının fəaliyyətini təqdir etməkdir. Dəyərləndirilməyə layiq polis əməkdaşlarından ikisi ilə oxucularımızı tanış edirik: Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 485 saylı ekipajının üzvləri Murad İsmayılov və İsmayıl Şirinov.
 


Redaksiyamıza daxil olmuş informasiyalar,eyni zamanda apardığımız müşahidələr  onu deməyə əsas verir ki,onların hər ikisi hərəkət iştirakçıları ilə ünsiyyətdə etik davranış qaydalarına ciddi riayət edir, bununla belə qətiyyətli və nəzakətlidirlər. Eyni zamanda, sürücülərə törətdikləri inzibati xətanın yarada biləcəyi mənfi nəticələri izah edir, onlarla lüzumsuz dialoq aparılmasına, kobudluğa və mübahisə yarada biləcək digər hallara yol vermirlər. Başa düşürlər ki, başlıca vəzifə hərəkət iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini təmin etmək, insanların həyat və sağlamlığının avtomobil qəzalarından qorunması kimi vacib və şərəfli işin icrasını həyata keçirmək, yol-hərəkəti qaydalarının kobudcasına pozulması hallarının qarşısını almaqdır.
Belə polis əməkdaşları Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi,polis polkovniki Rəşid Piriyevin şəxsi nümunəsi əsasında asayişi qorumaqla yanaşı vətəndaşların qayğısına qalır, öz nümunəvi davranışları ilə hər kəsə örnək olurlar. Bu nümunə əsasında yetişmiş yol polisi müfəttişi kənardan necə görünür?: Hadisə yerində tibb işçiləri olmadıqda xəsarət alan şəxslərə ilk tibbi yardım göstərir. Xəsarət alanı qayğı ilə nəqliyyat vasitəsindən və ya yol kənarından təhlükəsiz yerə köçürür, onu meteoroloji təsirlərdən qoruyur və sair sadə tədbirlərlə xəsarət alana yardım edir; güclü qanaxma zamanı jqut qoyur və yaranı steril sarğı ilə sarıyır; tənəffüs pozulduqda və ürək dayanması müşahidə olunduqda süni tənəffüs verir və ürəyi masaj edir, sınığa xüsusi şinlər qoyur. Müfəttiş hadisə yerinə tə’cili yardım avtomobili çağırmaq mümkün olmadıqda xəsarət alanı xidməti və ya başqa nəqliyyat vasitəsilə tibb müəssisəsinə çatdırır. Müfəttiş hərəkətin digər iştirakçılarına qarşı ədəb və nəzakətlə rəftar etməli, onlarla ünsiyyətdə insanın şərəf və ləyaqətini alçaldan hərəkətlərə və sözlərə yol verməməlidir. O, hərəkət iştirakçılarına “cənab (xanım) sürücü” (piyada və s.) və “vətəndaş” deyərək müraciət edir. Qanun pozuntusu barədə iradları valideynlərə uşaqlarının yanında bildirmir. Müfəttiş yolda məcburi dayanmış nəqliyyat vasitəsi sürücülərinə dayanmanın səbəblərinin aradan qaldırılmasında kömək edir. O, lazım gəldikdə digər hərəkət iştirakçılarını da yardım göstərilməsinə cəlb edir. Ümumi istifadədə olan nəqliyyat vasitəsi texniki nasazlıq səbəbindən dayandıqda onun sərnişinlərini müfəttiş eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələri ilə yola salır. Müfəttiş yolu keçmək istəyən qocalara, əlillərə və uşaqlara köməklik göstərir. Uşaqların tədris ocaqlarına və geriyə hərəkəti zamanı müfəttiş yolun qəza təhlükəli sahələrində olur, onların təhlükəsizliyini tə’min edir və s.
Adam belə qəhrəmanlarla rastlaşan kimi dərhal insanın ürəyi nəcib duyğularla, fəxarət hissi ilə dolur. Yol polisinin qayğılı münasibətindən yararlanan hərəkət iştirakçıları xilaskarlarına minnətdarlıqlarını ifadə etmək üçün yüksək tribuna axtarır, bu məqsədlə KİV-ə üz tuturlar. Həqiqətən də belə nümunəvi polis əməkdaşlarının məmnunluq doğuran əməlləri barədə xoş sözlər eşidəndə “Mən xalqımın xidmətçisiyəm” deyən möhtərəm Prezidentimiz İlham Əliyev cənabının tövsiyələrinin ibrətamiz təsir gücü, əhəmiyyəti bir daha təsdiqlənir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024