Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (30-01-2024, 09:22)
“Zavuç”u direktor təyin edəcəyini demişdi, həbs edildi - TƏFƏRRÜAT

“Zavuç”u direktor təyin edəcəyini demişdi, həbs edildi
Bakıda dələduzluqda və rüşvət verməyə təhrikdə təqsirləndirilən 1968-ci il təvəllüdlü Natiq Kərimovun məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Kərimova 6 il həbs cəzası verilib. İbtidai və məhkəmə istintaqı dövründə polisin nəzarəti altında olan şəxs məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, N.Kərimovun əlbir olduğu bir qrup şəxslə birgə Abşeron Rayon Xırdalan Şəhərindəki orta məktəblərdən birinin direktor müavini olan qadına yalan vəd vermələri müəyyən edilib. Belə ki, özünü Təhsil Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edən N.Kərimov və qeyriləri qadının saxta olması müəyyənləşən diplomunu elektron bazaya daxil etmək və onu həmin məktəbə direktor təyin etdirmək vədi ilə ümumilikdə 98 min manat alıblar. Lakin verdikləri vədə əməl etməyiblər.

Bundan sonra Natiq Kərimov barəsində Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci (Külli miqdarda dəlləduzluq və rüşvət verməyə təhrik) maddələri ilə cinayət işi başlanılıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024