Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (29-01-2024, 16:31)
900 minlik mənimsəmədə ittiham olundu, Mehdiyevin adını çəkdi - İş adamı Ali Məhkəməyə üz tutdu

900 minlik mənimsəmədə ittiham olundu, Mehdiyevin adını çəkdi
Külli miqdarda dələduzluq və hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş iş adamı Cavad Şeydayev Ali Məhkəməyə kassasiya şikayəti verib.

Qaynarinfo xəbər verir ki, İlkin Rəcəbov iş üzrə hakim təyin edilib.

Məlumat üçün deyək ki, Cavad Şeydayev Cinayət Məcəlləsinin 178.3.2 və 182.3.2-ci maddələri ilə mühakimə edilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə Cavad Şeydayevi 178.3.2-ci maddə ilə təqsirli bilərək, 7 il azadlıqdan məhrumetmə cəzası təyin edib. 182.3.2-ci maddə ilə bağlı isə Cavad Şeydayevə bəraət verilib.

Lakin Bakı Apellyasiya Məhkəməsi bəraət hökmünü ləğv edərək, yeni hökmlə Cavad Şeydayevə 10 il 6 ay həbs cəzası təyin edib. Bu iş üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb.

Problemin kökü Cavad Şeydayevlə Əziz Quliyev adlı şəxs arasındakı mübahisəyə gedib çıxır. Cavad Şeydayev həmin şəxsin etibarından sui-istifadə edərək, 919 min manatını mənimsəməkdə təqsirləndirilir. İş adamı isə iddia edir ki, özü dələduzluğun qurbanı olub.

Mediada gedən məlumatlara görə, o, bildirib ki, Əziz Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevin yaxın şəxsdir.

Cavid Şeydayevin iddiasına görə, Əziz Quliyev şəxsi əlaqələrindən istifadə edərək işi onun əleyhinə çevirib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024