Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (23-01-2024, 10:41)
“Müdrik lider, böyük strateq, qalib sərkərdə”

 





2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında Prezident seçkiləri keçiriləcək.
Yeni Azərbaycan Partiyası növbəti yeddi ilə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyini irəli sürmüş, bu təşəbbüs ölkəmizdə fəaliyyət göstərən çoxsaylı ictimai təşkilatlar tərəfindən dəstəklənmişdir.Bildirirəm ki,Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursuna və dövlətçilik ideyalarına sadiq olan Prezident İlham Əliyev son 20 ildə ölkəmizi yeni keyfiyyət mərhələsinə və davamlı yüksəliş xəttinə çıxarıb. Milli maraqları hər şeydən üstün tutan İlham Əliyev qısa zaman ərzində doğma Azərbaycanımızı regionun lider dövlətinə çevirməklə respublikamızın qlobal arenadakı nüfuzunu əhəmiyyətli dərəcədə artırmağı bacarıb.Müasir dövrün dünya liderləri arasında özünəməxsus mövqeyi olan İlham Əliyevin siyasi, iqtisadi, diplomatik, qlobal və digər sahələri əhatə edən genişmiqyaslı nailiyyətləri və Azərbaycan adına bağlı fundamental uğurları barədə çox danışmaq olar. Lakin fikrimizcə, 44 günlük Vətən müharibəsində,eləcə də sentyabrın 19-20-də Qarabağda aparılan "antiterror əməliyyatları"nda əldə olunan şanlı qələbə öz tarixi əhəmiyyətinə və siyasi çəkisinə görə bütün digər nailiyyətlərdən ciddi şəkildə fərqlənir.ATƏT-in Minsk Qrupunun timsalında dünyanın bir çox beynəlxalq təşkilatlarının həll edə bilmədiyi məsələləri məhz cənab Prezident İlham Əliyevin həll etdiyi, BMT-nin məlum qətnamələrinin icrasını həyata keçirdiyi günümüzün reallığıdır. Az qala 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqların bu müddət ərzində işğaldan azad olunmasına nail ola bilməyən beynəlxalq təşkilatlar, qurumlar Ali Baş Komandanın cəmi 44 gün ərzində bu məsələni həll etdiyinin, onun rəhbərliyi, uzaqgörənliyi, qətiyyəti sayəsində ordumuzun torpaqları işğaldan azad etdiyinin şahidi oldular.2023-ci il sentyabrın 19-20-də Qarabağda aparılan "antiterror əməliyyatları"ndan sonra Azərbaycanın bütün ərazilərində suverinliyimiz bərpa olundu. Təkcə bu məqam dövlət başçımızın liderlik keyfiyyətləri barədə fikir formalaşması üçün yetərlidir. Çünki cəbhədə əldə olunan qələbələr təsadüfi deyildi və ölkə başçısının illər boyu gördüyü işlərin, məqsəyönlü, uğurlu fəaliyyətinin, əzminin təntənəsi, məntiqi nəticəsi idi. Güclü iqtisadiyyata, güclü orduya sahib olmaq, qətiyyətli addımlar atmaq, ölkənin suverenliyini qorumaq, ərazi bütövlüyünü bərpa etmək üçün güclü siyasi iradə nümayiş etdirmək, düşünülmüş, uzaqgörən, uğurlu siyasət aparmaq lazım idi və cənab Prezident İlham Əliyevin bunun öhdəsindən layiqincə gəldiyinə kimsənin indi zərrə qədər şübhəsi belə ola bilməz. Ona görə ki, reallıqlar göz önündədir və hər kəs də bunun, bu reallıqların şahididir. Hər kəs bunun şahididir ki, başda suverenliyinin qorunub saxlanması, ərazi bütövlüyünün təmin edilməsi, qorunması, iqtisadi qüdtərinin, nüfuzunun artırılması olmaqla, Azərbaycan öz məqsədlərinə nail olmaqda davam edir, inkişafını da günü-gündən artırır. Bütün bunlar ölkə başçısının, cənab Prezident İlham Əliyevin yürütdüyü doğru, dürüst, şəffaf və uğurlu siyasət sayəsindədir.
  Azərbaycanda təkmil siyasi sistem artıq bərqərar olunub deməkdə, hər kəs haqlıdır. Çünki hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, qanunvericilik bazasının təkmilləşdirilməsi, plüralizmin, çoxpartiyalı sistemin inkişafı göz önündədir və bütün bunlar ölkəmizdə demokratik cəmiyyətin daha da inkişaf etdiyini göstərir. Ümumiyyətlə, demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətləri görməmək mümkün də deyil və cənab Prezidentin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən bütün bunları da vurğulamaq yerinə düşərdi. Ona görə ki, ölkəmizdə demokratik cəmiyyətin inkişafına dövlət başçısının tövhəsi misilsizdir və bunun da hamı şahididir.Bu gün də məhz cənab Prezidentin rəhbərliyi, birbaşa tapşırıqları ilə işğaldan azad olunan ərazilərimzdə bərpa və yenidənqurma işləri görülür. İşğalçıların viran qoyduğu ərazilərdə infrastruktur layihələrindən tutmuş, yaşayış binalarına, məktəblərə, baxçalara, xəstəxanalara, məscidlərə qədər tikilib-qurulması, təmin edilməsi özü də Ali Baş Komandanın qələbələri silsiləsindəndir. Çünki təkcə ermənilər deyil, eləcə də bütün dünya ictimaiyyəti dərk edir ki, bu qədər quruculuq-abadlıq işlərinin görülməsi qayıdış planının əsasını təşkil edir və bu torpaqlara məhz həmin torpaqların əzəli, əbədi sahibləri olan Azərbaycan vətəndaşlarının qayıdacağı artıq zərrə qədər də şübhə doğura bilməz. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış özü də bir qələbədir, Ali Baş Komandanın, Azərbaycan xalqının və dövlətinin qələbəsi. Məhz bütün bunlar onu deməyə əsas verir ki, Ali Baş Komandan, cənab Prezident İlham Əliyev qalib xalqın müzəffər lideridir.Prezident İlham Əliyevin son 20 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunması şərtləndirdi və bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır.Respublikamızın hər yerində  Prezident seçkilərinə gücli hazırlıq gedir.Seçkilərdə iştirak etmək,təbliğat kompaniyasına qoşulmaq,dövlətçiliyi təbliğ etmək hər bir vətəndaş kimi,sahibkarların da üzərinə bir "yük" düşür.
İnanırıq ki, bu seçkilərdə qalib Azərbaycan xalqının seçimi Vətənə, xalqa ləyaqətlə xidmət göstərən, verdiyi vədlərə əməl edərək ölkəmizə möhtəşəm nailiyyətlər qazandıran və parlaq Qələbə bəxş edən, suverenliyimizin bərpasına nail olan Qalib Lider – İlham Əliyev olacaq 
     
           Famil Bağıyev
       "Orbita" MTK-nın rəhbəri 
шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024