Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (17-01-2024, 19:31)
Əhəd Abıyev haralardadır?

"Şeyxi tək qoya bilməzdim"
"General Şərif Əsədullayevin yas mərasiminə gəlmişəm. Bilirsiniz ki, o, şeyxülislam Allahşükür Paşazadənin bacısının həyat yoldaşı idi. Mən şeyxi tək qoya bilmərəm".
AzVision.az xəbər verir ki, bunu Daşkəsən Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Əhəd Abıyev deyib.

Bakıda olan sabiq başçı hazırda nə işlə məşğul olduğunu açıqlamayıb.

"Yaxşıyam, çox sağ olun. Alalh canınızı sağ etsin, hər şey qaydasındadır".

Xatırladaq ki, Əhəd Abıyev ötən il prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunub. O, bu vəzifəyə dövlət başçısının 23 fevral 2011-ci il tarixli Sərəncamı ilə təyin edilmişdi.

Keçmiş icra başçısı 15 yanvar 1958-ci ildə Masallı rayonunda anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və "Təfəkkür" Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə Masallı Konserv Zavodunda başlamışdır. 1977–1979-cu illərdə hərbi xidmətdə olub.

1979–1980-ci illərdə Azərbaycan Avtomobil Nazirliyinin 1 saylı tikinti-quraşdırma idarəsində usta, 1980–1982-ci illərdə Bakı şəhər Mənzil İdarəsində texnik, 1982–1984-cü illərdə "Azərittifaq" Universal bazasında iqtisadçı, 1984–1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991–1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışıb.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Parlamentdəki fəaliyyəti dövründə Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü, Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Əlcəzair, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Rus və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024