Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (17-01-2024, 09:10)
Şirkət rəhbəri işçilərini işdən çıxmağa məcbur etmək üçün ofisini dağlıq əraziyə köçürdü

Şirkət rəhbəri işçilərini işdən çıxmağa məcbur etmək üçün ofisini
Çində bir şirkət işçilərini işdən çıxmağa məcbur etmək və onlara təzminat ödəməmək üçün ofisini ucqar dağlıq əraziyə köçürüb.

Qaynarinfo bu barədə "South China Morning Post"a istinadən yazıb.

Reklam şirkətinin keçmiş əməkdaşları deyib ki, ofis şəhərin mərkəzindən nəqliyyat problemi olan ucqar dağlıq əraziyə köçürülüb. Keçmiş işçilər hesab edirlər ki, bu, qəsdən edilib, çünki şirkət işçilərin sayını azaltmaq və işdən çıxarıldıqdan sonra onlara pul ödəməmək istəyib.

Şirkətdə işləyən Çanq adlı şəxs yeni ofisə çatmaq üçün şəhərin hər tərəfindən təxminən 2 saat olduğunu bildir. Həmin şəxs qeyd edib ki, onun şəxsi avtomobili var və maşını olmayan həmkarları ofisə çatmaq üçün çətin yoldan keçməli olublar.

"Avtomobili olmayan həmkarlarım hər üç saatdan bir işləyən avtobusa minməli, sonra dağ yolları ilə daha üç kilometr piyada getməli idilər", deyə Çanq bildirib.

İddialara görə, yeni yer nəinki uzaqdır, həm də heç bir şəraiti yoxdur və işçiləri ictimai tualetdən istifadə etmək üçün ən yaxın kəndə getməyə məcburdur.

Çoxsaylı şikayətlərə baxmayaraq, rəhbərlik dəyişiklik etmək üçün heç bir addım atmayıb. Nəticədə 20 əməkdaşdan 14-ü kompensasiya almadan işdən çıxmaq barədə ərizə yazıb
шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024