Sosial / Slayd (9-01-2024, 18:16)
AQTA-nın qeydiyyata almadığı şirkət nazirliyin 33 milyonluq tenderini uddu
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “El-Oba” QSC (VÖEN- 1005876511) olub.
Yeniavaz.com xəbər verir ki, “El-Oba” QSC Elm və Təhsil Nazirliyinin sifarişi ilə Bakı şəhərinin Binəqədi, Nərimanov, Nəsimi, Sabunçu, Xətai və Yasamal rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin 2024-cü il ərzində yeməklə təchizatını həyata keçirəcək.
Nazirlik yeməklər üçün “El-Oba” QSC-yə 32 milyon 872 min 633 manat 71 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “El-Oba” QSC 23 aprel 2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Yeni Yaşayış sahəsi, ev 6-da yerləşir. MMC-nin qanuni təmsilçisi Niftiyev Vüsal Maşalla oğludur.
Qeyd edək ki, “El-Oba” QSC ötən il – 2023-cü ildə də Elm və Təhsil Nazirliyinin keçirdiyi analoji tender müsabiqəsinin qalibi olub. Bu şirkət 2023-cü ildə Bakı şəhəri Binəqədi və Nərimanov rayonları ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrini yeməklə təchiz edib və qarşılığında 11 milyon 109 min 16 manat 17 qəpik alıb.
Son 2 il ərzində Elm və Təhsil Nazirliyinin 44 milyon manatlıq tender müsabiqəsində qalib olan “El-Oba” QSC haqqında açıq mənbələrdə məlumat yoxdur. Şirkətin rəsmi veb-saytı, yaxud da sosial şəbəkə hesabları haqqında məlumat mövcud deyil.
Açıqlanan maliyyə hesabatlarından isə belə məlum olur ki, şirkət dövlət qeydiyyatına alındıqdan sonrakı 3 ilin 2-də zərərlə işləyib. “El-Oba” QSC 2020-ci ildə 399 min 934 manat, 2021-ci ildə isə 339 min 268 manat zərər edib. 2022-ci ildə isə şirkətin mənfəəti 446 min 936 manat olub.
Onu da bildirək ki, 2022-ci ilin dekabr ayında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) açıqladığı məlumatda göstərilir ki, ictimai iaşə sahəsində fəaliyyət göstərən “El-Oba” QSC müvafiq sanitar norma və qaydaların tələblərinə əməl etmədiyi üçün onun qida təhlükəsizliyi qeydiyyatından imtina edilib.
Lakin maraqlıdır ki, AQTA-nın qida təhlükəsizliyi qeydiyyatından imtina etdiyi şirkət eyni tarixlərdə – 2022-ci ilin dekabr ayında Elm və Təhsil Nazirliyinin qida ilə bağlı keçirdiyi 11 milyonluq tenderdə qalib olub.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024