Sosial (8-01-2024, 21:05)
Etibar Məmmədovun Azərsu talanı davam edir: Mercedes avtomobili dil açıb nələri danışa bilər?
Prezident İlham Əliyev mart ayının 30-da “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti və Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin birləşdirilərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılması haqda sərəncam imzaladı. Bu sərəncamdan sonra diqqət çəkən məqamlardan biri də sabiq Azərsu şefi Qorxmaz Hüseynovun korrupsioner komandası və bu komandanın aparıcı fiquru Etibar Məmmədovun taleyi idi. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynovun rəhbərliyi altında uzun illər ərzində həyata keçirilmiş yeyinti və maliyyə maxinasiyaları ilə bağlı araşdırmalara başlanıb. Bununla bağlı cumhuriyyet.az xəbər verir ki, ortaya ciddi faktların çıxacağı araşdırmaların artıq ilk qurbanları da var. Belə ki, bu günlərdə Qorxmaz Hüseynovun ən yaxın kadrlardan biri sayılan Elman Məmmədov və onun cinayət ortağı olan daha bir şəxsin saxlanması belə düşünməyə əsas verir.
Əldə etdiyimiz məlumatlarda isə “Azərsu”da daha bir neçə şəxsin istintaqa cəlb ediləcəyi gözlənilir. Onlardan biri isə “Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun “sağ əli” kimi tanınmış, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovdur. Bu həmin Etibar Məmmədovdur ki, uzun illər “Azərsu” ASC-nin həyata keçirdiyi əksər “çörəkli” layihələrin baş rol ifaçısı olub. Tikinti-təmir işlərindən tutmuş, yeni su xətlərinin çəkilişinə qədər bütün layihələrdən küllü miqdarda vəsaitlərin “yoxa çıxması” isə bu məsələlərdə iştirakı şübhə doğurmayan Etibar Məmmədovu diqqət mərkəzinə gətirir. Əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılmış vəsaitin idarə edilməsində yol verilmiş nöqsanların miqyası isə o qədər böyükdür ki, Etibar Məmmədovun canını rahatlıqla qurtaracağı inandırıcı görünmürdü. Amma reallıq odur ki, Etibar Məmmədov nəinki öz postunu qoruya bilib, həm də əlavə xərclərə də imkan tapıb.
Bu arada Etibar Müəllimin 22 yaşlı katibəsi Günel Süleymanovanın 10 ZZ 222 dövlət nömrə nişanlı Mercedes markalı avtomobili xüsusi diqqət çəkir…
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024