Sosial (8-01-2024, 12:35)
Naxçıvansayağı kompensasiya və ya Culfa gömrüyünün gerçək sahibi kimdir?
Naxçıvan MR-nın Culfa rayonun Gömrük idarəsi bir vətəndaşın mülkiyyətinə aid torpaq üzərində tikilib.
Ovqat.com-a bu barədə məlumatı adının açıqlanmasını istəməyən rayon sakinlərindən biri verib.
Onun sözlərinə görə, şəkildə gördüyünüz bu binanın yerində 2006-ci ilə qədər mağazalar və anbar var imiş. 1998-ci ildən fəaliyyət göstərən bu anbar və mağazalar İrana gedib gələn Naxçıvan sakinlərinə qonşu ölkədə ən çox tələb olunan məhsulları satırmış. Başqa sözlə, pis də qazandırmırmış. Rəsmi sənədləri olmasına baxmayaraq, obyekt 2006-cı ildə sahibkarın razılığı alınmadan hərbçilər tərəfindən sökülür və yerində gömrük idarəsinin indiki binası tikilir. Mənbəmiz obyektin sökülmə anını əks etdirən videoları da redaksiyamıza göndərib.
Mülkün sahibi Bayram Talıbov imiş və o, 2006-cı ilin aprel ayının 9-da dünyasını dəyişib. Naxçıvanlı Bayram kimi tanınan sahibkarın Moskvada "qanuni oğru” Hikmət Muxtarovla (Sabirabadlı Hikmət) birlikdə güllələnmiş kriminal avtoritet olduğu bildirilir. Maraqlıdır ki, həmin mülkiyyət də elə həmin illərdə qanunsuz olaraq sökülüb. İlk baxışdan şübhələr bu iki işin bir-birilə əlaqəsi olması ehtimalına götürsə də, söhbətləşdiyimiz qaynaqlar bunu istisna edirlər. Bildirildiyinə görə, həmin obyekt Bayram Talıbovun sağlığında sökülüb və hətta hadisənin xəbərini alan mülk sahibi Naxçıvana qayıtmaq istəyirmiş. Fəqət ona və Sabirabadlı Hikmətə açılan atəş buna imkan verməyib .
Şəkillərdə: Culfa rayon Gömrük İdarəsinin binasının Naxçıvanlı Bayrama məxsus torpaq üzərində tikildiyini təsdiqləyən sənədlərdən bəziləri
İki böyük bədbəxtliyi eyni anda yaşayan Talıbovlar ailəsi bir də Vasif Talıbovun repressiyasına məruz qalmamaq üçün onun hakimiyyətdən “öz xoşuyla” uzaqlaşmasına qədər susub. O, hakimiyyətini Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfliyə təhvil verəndən sonra Talıbovlar ailəsinin də qəlbində bir ümid işığı doğub. Və bu ümidlər də 1 ildir döymədikləri qapı, şikayət etmədikləri ünvan qalmayan Talıbovlar hələ də öz mülkiyyətlərini geri qaytara bilmirlər.
Bayram Talıbovun 18 ildir başsız qalan ailəsi 2 nəfərdən ibarətdir: həyat yoldaşı Elmira və 19 yaşlı oğlu Həsən. Atasının üzünü görə bilməyən Həsən onun qanuni varisi sayılır. Öz ailə mülkiyyətlərini geri qaytarmaq üçün hüquq müstəvisində mübarizə aparan da odur. Bu işdə ona ən böyük dəstəyi isə əmisi Ceyhun Talıbov verir.
Şəkillərdə: Culfa rayon Gömrük İdarəsinin gerçək sahibi Həsən Talıbov
Əlaqə saxladığımız Ceyhun Talıbov deyilənləri təsdiqlədi. Bildirdiyinə görə, Naxçıvanda şikayət etdikləri bütün ünvanlar onlara məhkəməyə üz tutmalarını məsləhət biliblər. Ailə də bu tövsiyələri nəzərə alıb və Azərbaycan məhkəmə sisteminin ədalətinə bel bağölayıb 23.05.2023-cü il tarixində Naxçıvan İnzibati Məhkəməsinə müraciət ediblər. Şikayətlərinə məhkəmənin hakimi Elnur Hüseynov baxır. Daha doğrusu, rəsmən baxır, həqiqətdə isə ona “baxmaq” demək olmaz . Elnur Hüseynov şikayətçiləri qəsdən get-gələ salaraq bu sevdadan vaz keçirməyə çalışır. Hər halda Həsən Bayramovun Azərbaycan Prezidentinə yazdığı məktubdan da belə anlaşılır.
“İş üzrə Naxçıvan İnzibati Məhkəməsinin hakimi Elnur Hüseynovun icraatına 23.05.2023-cü ildə icraatına daxil olmuş və bu 6 ay ərzində 5 məhkəmə iclası (13.06.2023, saat 09:40 (Hazırlıq icraatı) , 24.07.2023, saat 12:00 (Hazırlıq icraatı), 26.09.2023, saat 15:30 (Hazırlıq icraatı), 02.11.2023, saat 11:00 (Hazırlıq icraatı), 09.01.2024, saat 11:30 (Hazırlıq icraatı), 2.11.2023, saat 11:00 (Hazırlıq icraatı)) keçirilmişdir.
Qeyd edirəm ki, bu günkü tarixədək işin bu qədər uzanmasına səbəb Naxçıvan İnzibati Məhkəməsinin hakimi Elnur Hüseynov olmuş və bu günkü tarixədək iş üzrə heç bir araşdırma aparmadan, lüzumsuz olaraq məhkəmə iclaslarını təxirə salmış və mənim cavabdeh Culfa Rayon İcra Hakimiyyəti ilə barışmağımı təkidlə istəmişdir. Lakin, mən cavabdeh Culfa Rayon İcra Hakimiyyəti ilə ən başından razılaşmayacağımı bildirsəm də, hakim Elnur Hüseynov hər dəfəsində bir ümidlə məhkəmə iclasını təxirə salmış və razılığın əldə edilməsini gözləmişdir. Artıq bu qədər məhkəmə iclaslarının uzadılması mənim pozulmuş hüquqlarımı məhkəmə sferasında bərpa etdirməyimə kifayət qədər əngəl yaradır. İş materiallarına da nəzər yetirmiş olsanız, görərsiniz ki, bu günkü tarixədək iddia tələbimin mahiyyəti ilə bağlı araşdırmanın aparılması üçün məhkəmənin hakimi Elnur Hüseynov tərəfindən heç bir orqana sorğu göndərilməmiş, heç bir araşdırılma aparılmamış, işin mahiyyəti ilə əlaqədar olaraq araşdırma aparılması üçün onun tərərfindən heç bir addım atılmamışdır”, - 08.12.2023 tarixində Həsən Bayramov tərəfindən Prezident Aparatına göndərilən məktubda belə deyilir.
Şəkildə: Vətəndaşı get-gələ salıb "İcra Hakimiyyəti ilə barış" deyən hakim
Sual oluna bilər: Naxçıvan İnzibati Məhkəməsinin hakimi Elnur Hüseynov şikayətçiyə “Culfa rayon İcra hakimiyyəti ilə barış” deyərkən nəyi nəzərdə tutur?
Suala Mərhum Bayram Talıbovun qardaşı Ceyhun Bayramov belə aydınlıq gətirir: “Bayramovlar ailəsi əllərindən zorla alınan mülkiyyətin kompensasiya olunması xahişi ilə dəfələrlə Culfa rayon İcra Hakimiyyətində olub. Sonuncu dəfə onlara başqa yerdə - ana yolun kənarında torpaq sahəsi təklif etdilər. Bunun üçün isə hər kvadrat metrə 5 manat istədilər. Üstəlik, torpağı alandan sonra onun üzərində anbar və mağaza tikmək də ailənin boynuna yüklənmişdi. Allah eşqinə, bunun harası kompensasiyadır? Axı, 2006-cı ildə qardaşımın topdağıtmaz obyektini söküblər. Ədalətli kompensasiya o olardı ki, həmin müəssisənin yenidən bərpası üçün vəsait də verilsin”.
Həmsöhbətimiz onu da vurğuladı ki, ailənin təklif olunan həmin torpağı almağa və onun üzərində obyekt tikməyə pulu yoxdur: “Olsaydı, istədiyi yerdən mülk alıb yeni obyekt tikərdi də. Kiminsə qapısını döyməyə nə ehtiyac vardı?”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024