Sosial / Slayd (8-01-2024, 09:56)
Təhlükə altında olan QİDA TƏHLÜKƏSİZLİYİMİZ... - NƏ ETMƏLİ?
Hər yeni il tətillərindən sonra yüzlərlə vətəndaş xəstəxanalara müraciət edirlər. Əksər hallarda onlara spirtli içkilərdən zəhərlənməsi diaqnozu qoyulur. Məsələn, 2023-cü ilin yanvarında Bakıda zəhərlənmə şübhəsi ilə 150-yə yaxın vətəndaş Kliniki Tibbi Mərkəzə müraciət etmişdi.
Onlardan təxminən 20 nəfərinin vəziyyəti ağır olduğu üçün mərkəzin toksikologiya şöbəsinə yerləşdirilmiş, 129 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılmışdı. Həkimlərin səylərinə baxmayaraq, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Ötən ilin son həftəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti saxta spirtli içkilərin istehsalçılarına qarşı qabaqlayıcı tədbirlər görüblər. Ayrı-ayrı istehsal müəssisələrinin vəzifəli şəxsləri tərəfindən saxta aksiz markalarının dövriyyəsi və keyfiyyətsiz məhsulların istehsalı ilə bağlı daxil olmuş məlumat əsasında birgə əməliyyat-axtarış tədbirlərı həyata keçirilib. Məlumata görə, əldə olunan sübutlara əsasən “Göygöl Şərab 2", ”Agsu-1", “Gold Alko” və “Quseynoff vodka” məhdud məsuliyyətli cəmiyyətlərinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2023-cü ilin noyabr-dekabr ayları ərzində yerli alkoqollu içkiləri keyfiyyət standartlarına uyğun olmayan şəkildə istehsal edib satmalarına, həmin məhsulları saxta aksiz markaları ilə markalamalarına və qanunsuz olaraq dövriyyəsini həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.1 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma), 205-1 (saxta aksiz markalarının dövriyyəsi), 213-1 (aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma) və 308.1-ci (vəzifə səlahiyyətlərində sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İş üzrə Respublikanın ayrı-ayrı regionlarında yerləşən müxtəlif topdan və pərakəndə satış obyektlərində aparılmış axtarışlarla sözügedən müəssisələrə məxsus külli miqdarlarda keyfiyyətsiz spirtli içki məhsulları və saxta aksiz markaları aşkarlanaraq maddi sübut qismində götürülüb. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a deyib ki, alkoqollu içkilərdən zəhərlənmə səbəbi demək olar ki, hər zaman saxta içkilərlə bağlı olur: “Heç də gizlin deyil ki, müxtəlif iaşə obyektlərində Rusiya arağı adı altında gizli sexlərdə hazılanmış saxta məhsullar satılır. Hətta kustar üsulla hazırlanan keyfiyyətsiz və təhlükəli araqların və yaxud digər spirtli içkilərin üzərinə məşhur markaların vurularaq baha qiymətə satılması faktları da var. Etiketləri ayırd etmək mümkündür, saxta etiketlər tam dəqiq, düz vurula bilmir, keyfiyyəti fərqlənir. Kustar üsulla, ev şəraitində hazırlanan məhsulun butulkasında, boğaz hissədə, qapağın yerləşdiyi yerdəki boşluq xəttində üzük formasında maska deyilən iz qalır, buna səbəb isə məhsul hazırlanarkən təmizlənmiş sudan istifadə edilməməsidir. Adi suyun tərkibində duz olduğuna görə orada iz buraxır. Zavod şəraitində isə su tamamilə duzdan təmizləndiyinə görə həmin iz qalmır, keyfiyyətli arağın rəngi ağ olur, aseton iyi verməməli, iyindən bilinməlidir”.
Eyyub Hüseynov vaxtaşırı olaraq saxta içkiləri istehsal edənlər ifşa edilir: “Spirtli içkilərin də digər məhsullar kimi yaralılıq müddəti var. Məsələn, araqların yaralılıq müddəti bir ildən artıq deyil və yaxud konyaklar 3 il, şərabların isə 6 aydan artıq yararlılıq müddəti var. Lakin ölkənin əmtəə bazarında dəfələrlə apardığımız monitorinqlərdə şahidi olmuşuq ki, spirtli içkilərin demək olar ki, 90 faizinin üstündə yaralılıq müddəti yazılmayıb. ”Spirtli içki uzun müddət qalanda daha yaxşı olar" anlayışı xüsusi şəraitdə, xüsusi qablarda, temperaturda saxlanılan məhsullara aiddir. Spirtli içkinin yararlılıq müddəti bitdikdən sonra onun tərkibindəki sivuş yağlarının miqdarı getdikcə artır və insanlar da bundan zəhərlənə bilir. Beləliklə, insanların sağlamlığının qorunması üçün bu sahədə daha ciddi işlər görülməlidir. Biznes qurumları üçün elə bir rahat şərait yaradılıb ki, onlara toxunmaq, yoxlamaq olmaz və onlar da bundan istifadə edərək zərərli spirtli içkilər hazırlayırlar. Bu baxımdan istehlakçılar spirtli içkilər alarkən onun üzərindəki yaralılıq müddətinə, markasına mütləq şəkildə baxmalı, diqqət etməlidir".
Eyyub Hüseynov qeyd edib ki, saxta içkilər xarici ölkələrdən də Azərbaycana gətirilir: “Belə içkiləri qəbul edənlər ölümlə üz-üzə qalır, bəzi hallarda isə insanların həyatında sağalmaz izlər qoyur. Normal şəraitdə spirtli içkilər etil spirti ilə hazırlanır. Ancaq bəzi işbazlar daha çox qazanmaq məqsədilə içkiləri metil spirti ilə hazırlayırlar. Metil spirti isə zəhərlənməyə səbəb olur. Çünki metil spirti antifriz, şüşə təmizləyən məhlullar, boyanı durultmaq üçün nəzərdə tutulmuş vasitələr və bu kimi maddələrin hazırlanmasında istifadə edilir. Yəni metil spirti daxilə qəbul etmək üçün nəzərdə tutulmayıb. Metil spirtinin daxilə qəbul edilməsi zəhərlənməyə səbəb olur. Metil spirti bədəndə metobolizma nəticəsində formaldehid və formik turşuya çevrilir. Zəhərlənmə isə formik turşusunun yaratdığı asidozla əlaqəlidir. Asidoz nəticəsində sinirlər zədə görür və bununla əlaqəli korluq və yaxud ölüm baş verir. Zəhərlənmənin ilkin əlamətləri bunlardır: halsızlıq, ürəkbulanma, mədə-bağırsaq pozuntusu, temperaturun qalxması. Bu kimi şikayətlər olarsa zəhərlənmə əlaməti kimi şübhələnmək olar. Vətəndaşlara tövsiyə olunur ki, güvənmədikləri içkini, yeməyi qəbul etməsinlər”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024