Sosial (5-01-2024, 13:55)
"AYNA-nın yaradılmasında məqsəd qayda-qanunun gözlənilməsi idi, təəssüf ki, özünü doğrultmadı" - deputat
"Müxtəlif təşkilatların yaradılması tıxac problemini aradan qaldıran deyil. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) də yaradılmasında məqsəd müəyyən parklama yerlərində qayda-qanunun gözlənilməsi, nəzarətin gücləndirilməsi idi. Ancaq təəssüf ki, bu, özünü doğrultmadı, heç doğrulda da bilməzdi. Çünki şəhərdə nəqliyyatın sayı çox, parklanma yerlərinin sayı isə məhduddur. Digər tərəfdən yeraltı dayanacaqlarda parklama qiymətləri yüksəkdir. Buna görə də sürücülər istənilən yerdə az müddət də olsa, avtomobillərini saxlamağı lazım bilirlər. Nəticədə isə bu, qanun pozuntularına səbəb olur".
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Tahir Rzayev şəhərin mərkəzi küçələrində əvvəllər qanunsuz olan və tıxac yaradan parklama yerlərinin hazırda qanuni şəkildə fəaliyyət göstərməsinə münasibət bildirərkən deyib.
Deputat sürücülük mədəniyyətinin yüksək səviyyədə olmamasından da danışıb: "Bir çox sürücülər istənilən yerdə istədikləri kimi öz maşınlarını saxlayırlar, bu da əlavə problemlər yaradır. Əlbəttə, müvafiq qanunlar bu cür pozuntuların qarşısını almağa istiqamətləndirilib. Ancaq təəssüflər olsun ki, sürücülər, eləcə də yaradılan yeni qurumlar buna lazımi qaydada əməl etmirlər. Burada həm AYNA-dan, həm də sürücülərdən asılı olan məsələlər var. Hər bir vətəndaş qayda-qanuna əməl etməlidir. Yaradılan hər bir təşkilat da qanunları əldə tutaraq öz vəzifəsinə prinsipial mövqedən yanaşmalıdır. Təəssüf ki, uyğunsuzluğa yol verilməsi belə problemlər yaradır. Müvafiq orqanlar tərəfindən bu məsələlər bir daha dəqiq araşdırılmalıdır. Maarifləndirmə tədbirləri gücləndirilməli, mətbuatda, televiziyada vaxtaşırı məlumatlar verilməlidir. Ən yaxşı nümunə bu ola bilər ki, qayda-qanunları pozan sürücülər haqqında açıq şəkildə reklamlar olsun. Hər hansı vəzifə sahibinin, yaxud vətəndaşın adı bu məsələdə ictimai şəkildə hallanarsa, digərlərinə də tənbeh vasitəsi ola bilər".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024