Sosial (30-12-2023, 22:06)
Ölkədə qızılca ilə bağlı vəziyyət nə yerdədir?

Mediatv.az xəbər verir ki, bunu Azərtaca-a müsahibəsində TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
“Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir. Yəni bu, o deməkdir ki, xəstəliyin xüsusi spesifik müalicəsi yoxdur. Qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir. Bu xəstələr ailə sağlamlıq mərkəzlərinin həkimləri tərəfindən nəzarətə götürülür. Bəzən yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşma halları baş verə bilər. Bunlara pnevmoniya, orta qulağın iltihabı, bağırsaq mənşəli ağırlaşmalar, ensefalit, meningit və s. aiddir. Belə olan hallarda xəstələr TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar. Onu da qeyd edim ki, müalicə xərcləri icbari tibbi sığorta üzrə xidmətlər zərfi çərçivəsində ödənilir.
Təəssüf ki, əksər hallarda ağırlaşma halları ilə müraciət edən xəstələr qızılca əleyhinə peyvənd olunmamışlar olur. Bu isə peyvəndin nə dərəcədə effektiv müalicə üsulu olduğunu bir daha sübut edir”, - Qurbanov bildirib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025